SƏHİYYƏ

COVID sertifikatı hansı hallarda verilmir?

Sputnik
BAKI, 30 noyabr — Sputnik. COVID sertifikatının verilməsindən hansı hallarda imtina ediləcəyi açıqlanıb.
Sputnik Azərbaycan-ın APA-ya istinadən xəbərinə görə, Nazirlər Kabineti “COVID-19 xəstəliyinə qarşı peyvənd olunmanı, peyvəndləməyə əks göstərişi, neqativ PZR test nəticəsini əks etdirən və COVID-19 xəstəliyinə yoluxmuş şəxslərin sağalaraq immunitetə malik olmalarını təsdiq edən sertifikatların tanınması ilə bağlı bəzi məsələlərin tənzimlənməsi haqqında” qərara əsasən, COVID sertifikatı üçün müraciət edən şəxs fərdi, o cümlədən sağlamlığının vəziyyəti barədə məlumatlarının ötürülməsinə və yayılmasına razılıq vermədikdə; müraciət edən şəxsin səlahiyyətli nümayəndəsi müraciət edən zaman onun səlahiyyətli nümayəndə olduğu barədə məlumatlar portalda göstərilmədikdə, COVID sertifikatını formalaşdırmaq üçün tələb olunan fərdi və ya sağlamlıq vəziyyəti barədə məlumatlar olmadıqda COVID sertifikatı verilmir.
Qərara əsasən, fərdi və ya sağlamlıq vəziyyəti barədə məlumatların olmaması səbəbindən COVID Sertifikatının verilməsindən imtina edilməsi barədə bildiriş avtomatik olaraq Portal vasitəsilə müraciət edən şəxsə göndərilir. Şəxsin istəyi ilə həmin bildiriş tibb müəssisəsi tərəfindən kağız daşıyıcıda verilə bilər.
Qeyd edək ki, şəxs və ya onun səlahiyyətli nümayəndəsi COVID Sertifikatı almaq üçün E-TƏBİB və ya Elektron Hökumət İnformasiya Sisteminin MyGov platforması (Portal) vasitəsilə sertifikatın əldə olunması üçün müraciət etməlidir.
Eləcə də oxuyun:
* Xəstəlikdən sonra 1-ci dozanı almışların peyvənd sertifikatı müddətsiz olacaq
* Hökumət peyvənd, əks göstəriş və immunitet sertifikatlarının formasını təsdiqlədi
* Saxta peyvənd sertifikatı alanlar yandı: vaksinasiya faktını təsdiqləyən test yaradıldı