BAKI, 28 noyabr - Sputnik. Kremldə Rusiya Prezidenti Vladimir Putinlə ABŞ dövlət başçısı Co Baydenin görüşünün cari ilin sonuna qədər baş tutacağına ümid edirlər. RİA Novosti xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
Onun sözlərinə görə, böyük ehtimal ki, görüş video-konfrans formatında baş tutacaq.
"Görüşün tarixi hələ də müəyyən edilməyib. Biz ümidvarıq ki, bu ünsiyyət baş tuta bilər. Lakin dəqiq tarix hələ məlum deyil. Çox güman ki, bu, video-konfrans olacaq", - deyə Peskov bildirib.
Həmçinin oxuyun:
Rusiya XİN rəsmisi Putinlə Baydenin gözlənilən görüşü barədə açıqlama verdi