SƏHİYYƏ

Otuz mindən çox adama COVID vaksini vurulmayacaq

COVID-19 peyvəndinin vurulmasına əks-göstərişlər idarəolunmayan epilepsiya, kəskin koronar sindrom, allergik və onkoloji xəstəliklərə görə, hamiləliyə, südverməyə görə, qan-damar sisteminin ağır xəstəlikləri, xroniki qaraciyər və böyrək xəstəliklərinə görə verilir.
Sputnik
BAKI, 27 noyabr — Sputnik. Səhiyyə Nazirliyinin sosial şəbəkə hesablarına əks-göstəriş sertifikatları ilə bağlı daxil olan müraciətlərə cavab verib.
Nazirlikdən Sputnik Azərbaycan-a verilən məlumata görə, bu günə qədər ümumilikdə 30 minə yaxın şəxsin əks-göstəriş sertifikatı ilə bağlı müraciətinə müsbət cavab verilib və həmin vətəndaşlar müvafiq sertifikatla təmin olunublar.
Qeyd edək ki, Bakı Şəhər Baş Səhiyyə İdarəsinin Stasionar xidmətin təşkili sektorunun müdiri Aytən Sultanova bildirib ki, COVID-19-a qarşı peyvəndin vurulmasına əks-göstərişlər idarəolunmayan epilepsiya, kəskin koronar sindrom, allergik və onkoloji xəstəliklərə görə, hamiləliyə, südverməyə görə, qan-damar sisteminin ağır xəstəlikləri, xroniki qaraciyər və böyrək xəstəliklərinə görə verilir.
Eləcə də oxuyun:
* TƏBİB-dən koronavirusla bağlı hamilə qadınlara xəbərdarlıq!
* Azərbaycanda koronavirus: yoluxma sayında artım var, 31 nəfər vəfat edib
* Koronavirusun "potensial olaraq ən təhlükəli" ştammı aşkar edilib