BAKI, 27 noyabr — Sputnik. Yeni doğulan uşağa 3 yaşadək müavinət ödənilir. Bunun məbləği körpənin yaş yarımınadək 44 manat, yaş yarımından üç yaşadək isə 28 manat təşkil edir. Bu qayda işləməyən şəxslərə şamil edilmir. Sputnik Azərbaycan-ın məlumatına görə, bu haqda Dövlət Sosial Müdafiə Fondunun (DSMF) mətbuat katibi Rəşad Mehdili bildirib.
Onun sözlərinə görə, bu müavinət çalışan şəxslərin qismən ödənişli sosial məzuniyyətdə olduqları dövrdə verilir. Bunun üçün işləyən şəxs qismən ödənişli məzuniyyətə çıxan zaman çalışdığı müəssisəyə müraciət etməlidir: "Uşağın doğum haqqında şəhadətnaməsi əsasında müəssisə işçiyə onun ərizəsində qeyd etdiyi müddətdə, yəni uşağın 3 yaşı tamam olan dövr üzrə məzuniyyətə çıxması haqqında əmr verir. Bundan sonra şəxsin işlədiyi qurum uşağa 3 yaşa qədər aylıq pulun ödənilməsi üzrə müvafiq sənədləri sığortaçıya, yəni Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏSMN) tabeliyindəki Dövlət Sosial Müdafiə Fondununa (DSMF) təqdim edir. Həmin sənədlər əsasında müavinətin ödənilməsi təmin edilir".
Eləcə də oxuyun:
* Baş nazirin müavini: "Azərbaycanda uşaqpulu verilmir" fikrini səsləndirmək doğru deyil
* "Azərbaycanda uşaqpulu ilə bağlı İtaliya modeli tətbiq edilə bilər"
* İşsizlər üçün sığorta pulu ödəyib, özləri güzəştsiz qalanlar - Nazirlikdən özəl izah
* Azərbaycanda pensiyaya çıxan insanın məşəqqət dövrü başlayır - Əli Məsimlidən narazılıq