BAKI, 26 noyabr — Sputnik. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu tərəfindən bu gün, noyabrın 26-da bütün müavinət, təqaüd, kompensasiya və ünvanlı dövlət sosial yardımlarının da ödənilməsi təmin edilib.
Nazirlikdən Sputnik Azərbaycan-a verilən məlumata görə, vətəndaşlar sosial ödənişlərini kartları vasitəsilə müvafiq bankların bankomatlarından əldə edə bilərlər.
Qeyd edək ki, noyabrın 5-də Bakı və Sumqayıt şəhərləri, Abşeron rayonu üzrə pensiyalar, noyabrın 15-də isə güzəştli şərtlərlə pensiya hüququna malik şəxslər də daxil olmaqla respublika üzrə pensiyalar ödənilib.
Beləliklə, noyabr ayının bütün sosial ödənişləri başa çatdırılıb.
Həmçinin oxuyun:
* İşsizlər üçün sığorta pulu ödəyib, özləri güzəştsiz qalanlar - Nazirlikdən özəl izah
* Azərbaycanda pensiyaya çıxan insanın məşəqqət dövrü başlayır - Əli Məsimlidən narazılıq