İDMAN

Gənclər və idman naziri qadınlarla bağlı aksiyaya qoşuldu

Nazir deyib ki, 27 noyabr saat 18:15-də "Neftçi" "Səbail" ilə baş tutacaq matçına qadınlara qarşı #ZorakılığaSon demək üçün narıncı rəngdə formalarla çıxacaq.
Sputnik
BAKI, 26 noyabr — Sputnik. Gənclər və idman naziri Fərid Qayıbov "Neftçi" klubunun başlatdığı "Qadınlara Qarşı Zorakılığa Son" aksiyasına dəstək olub.
Sputnik Azərbaycan-ın məlumatına görə, nazir öz Facebook hesabında bununla bağlı paylaşım edib.
"27 noyabr saat 18:15-də "Neftçi" "Səbail" ilə baş tutacaq matçına qadınlara qarşı #ZorakılığaSon demək üçün narıncı rəngdə formalarla çıxacaq. Bu təşəbbüsü alqışlayıram və mübarizədə mən də onların yanındayam. Hər kəsi bu görüşdə gözləyəcəyəm".
Qeyd edək ki, "Neftçi" klubu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və BMT-nin Azərbaycan Nümayəndəliyi ilə əməkdaşlıq edərək 25 noyabr-10 dekabr tarixlərində həyata keçirilən qadınlara və qızlara qarşı zorakılıqla mübarizəyə həsr olunmuş "16 günlük fəallıq" kampaniyası çərçivəsində 27 noyabr saat 18:15-də "Sabail FC" ilə keçiriləcək oyuna zorakılıqla mübarizəni simvolizə edən narıncı rəngli formada çıxacaq.