CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

DİN: İtkin düşmə halları ilə bağlı yayılan hər məlumat yoxlanılır

Qız uşaqlarının itkin düşmə halı ilə bağlı xüsusi təsnifat, başqa sözlə, artım indeksi müşahidə edilmir.
Sputnik
BAKI, 25 noyabr — Sputnik. Xəbərsiz itkin düşmə halları ilə bağlı sosial şəbəkələrdə yayılan məlumatların hər biri yoxlanılır, heç bir iddia kənarda qalmır.
DİN Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev Sputnik Azərbaycan-a bildirib ki, qız uşaqlarının itkin düşmə halı ilə bağlı xüsusi təsnifat, başqa sözlə, artım indeksi müşahidə edilmir.
"Bu halların böyük əksəriyyətində valideynlərini məlumatlandırmadan yaxın qohumlarının, tanışlarının yanına getmə halları var. Ümumən, yaş və cins kateqoriyasından asılı olmayaraq, yaşadığı ünvandan çıxan, qayıtmayan şəxslərlə bağlı polisə daxil olan bütün məlumatlar üzrə təxirəsalınmaz axtarış işi açılır. Valideynlər diqqətli olmalıdır, "övladlarımın bütün zəruri təminatlarını həll edirəm, yaxud oxuduram...", deyib arxayınlaşa bilməzlər. Çünki sosial şəbəkələr var, dövr fərqlidir - təhdid var, azyaşlı uşaqları təsir altına sala biləcək təhlükələr var. Məhz bu amil diqqətə alınmalıdır", - deyə o qeyd edib.
Həmçinin oxuyun:
DİN məktəblinin oğurlanmasına cəhdlə bağlı araşdırmaya başlayıb