SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Abdullahiyanın təbriki, yaxud azərbaycanlı nazir İran XİN başçısı ilə nə danışıb?

Azərbaycan baş nazirinin müavini Şahin Mustafayev İranın Xarici işlər naziri Hüseyn Əmir Abdullahiyanla görüşdə iki ölkəni maraqlandıran məsələlər haqqında fikir mübadiləsi aparıb.
Sputnik
BAKI, 21 noyabr - Sputnik. Azərbaycan Baş nazirinin müavini, İran İslam Respublikası arasında iqtisadi, ticarət və humanitar sahələr üzrə Dövlət Komissiyasının həmsədri Şahin Mustafayev İrana səfəri çərçivəsində İranın xarici işlər naziri Hüseyin Əmir Abdullahiyanla görüşüb.
İran XİN başçısı Azərbaycan torpaqlarının işğaldan azad olunması və Zəfər Gününün ildönümü münasibətilə Ş.Mustafayevə təbriklərini çatdırıb, İranın Azərbaycanla əlaqələrin inkişafında maraqlı olduğunu bildirib.
Ölkəmizin ərazi bütövlüyünə İranın davamlı dəstəyini və prinsipial mövqeyini vurğulayan Abdollahiyan İran şirkətlərinin işğaldan azad olunmuş Azərbaycan torpaqlarının yenidən qurulması və bərpası işlərində iştirak etməyə hazır olduğunu bildirib.
Görüşdə iki ölkə arasında fəaliyyət göstərən Hökümətlərarası Dövlət Komissiyasının əhəmiyyəti qeyd olunub və komissiyanın aktiv fəaliyyətindən məmnunluq ifadə edilib.
İki ölkə arasında iqtisadi-ticari əlaqələrin, turizm, nəqliyyat, energetika, tranzit daşımaları, birgə sənaye və investisiya layihələri, informasiya kommunikasiya texnologiyaları, kənd təsərrüfatı, humanitar və digər sahələrdə əməkdaşlığın davamlı inkişafı üçün səylərin daha da artırılması və görüşlərin keçirilməsinin əhəmiyyəti qeyd olunub.
Görüşdə həmçinin, regiondakı vəziyyət və qarşılıqlı maraq dogüran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.
***
Azərbaycan baş nazirinin müavini Şahin Mustafayev İranın Xarici işlər naziri Hüseyn Əmir Abdullahiyanla görüşüb.
Sputnik Azərbaycan APA-ya istinadla xəbər verir ki, görüşdə iki ölkəni maraqlandıran məsələlər haqqında fikir mübadiləsi aparılıb.
Qeyd edək ki, Ş.Mustafayev bu gün İranın neft naziri Cavad Oci və yol və şəhərsalma naziri Rüstəm Qasimi ilə də görüşüb.
İran mətbuatı Ş.Mustafayevin Tehrana səfərini geniş işıqlandırıb.
Həmçinin oxuyun:
Azərbaycanlı nazir İranda vacib görüşlər keçirib
Türkmənistandan Naxçıvanadək: İranda qaz mübadiləsi ilə bağlı razılıq əldə olundu