BAKI, 20 noyabr — Sputnik. "Azərbaycanda təxminən məktəblərin 60 faizə yaxını istilik sistemi və qazla qızdırılır. Digər məktəblər isə odun və digər yanacaq növləri ilə qızdırılır. Həmin məktəblərə də yanacaq çatdırılıb".
Sputnik Azərbaycan xəbər verir ki, bu fikirləri jurnalistlərə açıqlamasında təhsil naziri Emin Əmrullayev deyib.
Onun sözlərinə görə, şəhər məktəblərində müxtəlif səbəbdən istilik problemləri var: "Dünən axşama olan məlumata görə, 60-a qədər məktəbdə istiliklə bağlı problemlər olub. Bəzi məktəblərin daxilində müəyyən problemlər olub, aradan qaldırılır. Bakıda 85-90 faiz məktəbdə istilik var. Digər məktəblərdə isə qarşıdakı həftələrdə aidiyyəti qurumlarla birgə problemlər aradan qaldırılacaq".
Eləcə də oxuyun:
* Məktəblərdə müəmma - Bəzi şagirdlər tətilə buraxılıb, digərləri dərsə gedirlər
* Ən azı üç gün problem olur: donanlara "Azəristiliktəchizat"dan cavab
* Məktəb buzxanadır? Operativ qrupu arayın