BAKI, 19 noyabr - Sputnik. Azərbaycan tərəfi Rusiya sülhməramlı kontingentinin vasitəçiliyi ilə noyabrın 16-da Azərbaycan-Ermənistan sərhədində gedən döyüşlərdə həlak olan 3 erməni hərbçisinin cəsədini Ermənistana təhvil verilib.
Sputnik Ermənistan xəbər verir ki, ilkin məlumatlara görə, cəsədlər Sünik vilayətinin İşxanasar kəndinin inzibati ərazisindən təxliyə edilib.
Cəsədlər cümə günü Yerevana çatdırılıb. Hərbçilərin şəxsiyyətləri ilə bağlı məlumatları Ermənistan Müdafiə Nazirliyi açıqlayacaq.
Xatırladaq ki, Azərbaycan Respublikasının ərazisində müvəqqəti yerləşdirilmiş Rusiya Federasiyası sülhməramlı kontingentinin keçmiş komandanı, Cənub Hərbi Dairəsi komandanının müavini, general-leytenant Rüstəm Muradov noyabrın 16-da baş verən hərbi insident zamanı öldürülən 1 erməni hərbçisinin meyitini ayın 17-də Yerevanda aidiyyatı üzrə təhvil verib.
Azərbaycan-Ermənistan təmas xəttində gərginlik
Qeyd edək ki, noyabrın 16-da Ermənistanın hərbi-siyası rəhbərliyinin göstərişi ilə həmin ölkənin silahlı qüvvələri tərəfindən 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatın şərtləri, eləcə də beynəlxalq hüququn fundamental norma və prinsipləri kobud şəkildə pozularaq Kəlbəcər və Laçın rayonlarında Azərbaycan Ordusunun mövqeləri müxtəlif çaplı artilleriya qurğularından atəşə tutulub.
Azərbaycan Silahlı Qüvvələri tərəfindən görülmüş tədbirlər nəticəsində dövlət sərhədində Ermənistanın törətdiyi təxribatın qarşısı alınıb.
Bununla belə, təxribat nəticəsində hərbi qulluqçularımızdan 7 nəfər şəhid olub və 10 nəfər yaralanıb.
Ermənistanın Müdafiə Nazirliyinin noyabrın 16-da baş vermiş qarşıdurmada silahlı qüvvələrinin verdiyi itkilər barədə yaydığı məlumata görə, altı hərbçi ölüb, 13 nəfər əsir düşüb. Bundan başqa, 24 hərbçinin taleyinin naməlum olduğu bildirilir.
Həmçinin oxuyun: