MƏDƏNİYYƏT

Azərbaycanlı cütlük Niaqara şəlaləsi fonunda Xan Şuşinskinin mahnısını ifa edib

Amerikada yaşayan Rizvan Əliyev və Röya Miriyeva Azərbaycanın Vətən müharibəsində Qələbəsinin ildönümündə lentə alınan videonu sosial şəbəkədə paylaşıblar.
Sputnik
BAKI, 18 noyabr — Sputnik. Dünyanı birlikdə səyahət edən Rizvan ƏliyevRöya Miriyeva Niaqara şəlaləsi fonunda məşhur Azərbaycan bəstəsi olan "Şuşanın dağları" mahnısını ifa ediblər.
Noyabrın 8-də, Azərbaycanın Vətən müharibəsində Qələbə Gününün ildönümündə ABŞ və Kanada arasında yerləşən Niaqara şəlaləsi Azərbaycanın dövlət bayrağının rəngləri ilə işıqlandırılıb. Cütlük belə bir şansı əldən qaçırmayaraq bu dəfə dünyanın ən böyük şəlalələrindən birinin fonunda çıxış etmək qərarına gəlib.
Bu ideyanın həyata keçirilməsində onlara ABŞ-da yaşayan həmyerliləri kömək ediblər. Cütlük Xan Şuşinskinin məşhur "Şuşanın dağları" adlı bəstəsini seçib. İfaçılar videonu sosial şəbəkədə paylaşıblar və bu, abunəçilərin çoxsaylı həvəsli şərhlərinə səbəb olub.
Cütlüyün birgə yaradıcılıq yolu 2010-cu ildə, eyni ansamblın üzvü olduqları zaman başlayıb. Artıq bir neçə ildir ki, gənc musiqiçilər müxtəlif ölkələrə səyahət edirlər və "Street cover" layihəsi çərçivəsində fərqli şəhərlərdə yoldan keçənlər üçün Azərbaycan mahnılarını ifa edirlər.
2019-cu ildə cütlük "yaşıl kart" (ABŞ-da daimi yaşamaq hüququ verən sənəd) qazanaraq Amerikaya köçmək qərarına gəlib, ancaq onlar tez-tez öz vətənlərinə də gəlirlər.
Eləcə də oxuyun:
* Rusiyada tanınan azərbaycanlı məşhurlar birgə mahnılarını təqdim ediblər
* "Eurovision" qalibləri illər sonra müxtəlif obrazlarda bir araya gəldilər