BAKI, 18 noyabr — Sputnik. AFFA-nın Hakimlər Komitəsinin sədri Frits Ştuxlik növbəti təyinat alıb. Sputnik Azərbaycan-ın milli assosiasiyanın rəsmi saytına istinadən məlumatına görə, avstriyalı funksioner UEFA Çempionlar Liqasında qrup mərhələsinin "Şerif" (Moldova) – "Real Madrid" (İspaniya) oyununun hakim-inspektoru olacaq.
Görüş noyabrın 25-də Tiraspol şəhərindəki "Şerif" stadionda keçiriləcək.
Eləcə də oxuyun:
* "Neftçi"nin sabiq futbolçusu Yaponiya tarixinin rəmzi komandasına düşüb
* Millimizin bu il üçün son performansı: BOS-da dörd qol vuruldu