İDMAN

Rafael Ağayev altıncı qızılı götürə bilmədi

Dünya karatesinin azərbaycanlı brilyantı DÇ-də iki görüşü qazansa da, üçüncü dövrədə amerikalı rəqibinə uduzaraq çıxışını bitirib.
Sputnik
BAKI, 17 noyabr — Sputnik. Karate üzrə beşqat dünya çempionu Rafael Ağayev (75 kq) Dubaydakı (BƏƏ) birincilikdə uğursuz çıxış edərək titullarının sayını artıra bilməyib.
Dünya karatesinin brilyantı startda Li Fenq-Jenə (Taybey, Çin) və İvan Korabauya (Belarus) qalib gəlib. Üçüncü dövrədə isə amerikalı Skott Tomasa uduzaraq dünya çempionatındakı çıxışını yekunlaşdırıb.
Xatırladaq ki, digər karateçimiz İrina Zaretska (68 kq) dünya çempionatının finalına çıxıb. Həlledici görüşdə onun rəqibi italiyalı Silviya Semerarodur.
Asiman Qurbanlı isə (84+ kq) bürünc medal uğrunda yarışacaq. Onun rəqibi hələ bəlli deyil.