DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Bir gündə beş yüz adamı əqrəb çaldı

Leysan əqrəblərin yuvasını dağıtdığından həşəratlar insanların evlərinə hücum çəkiblər.
Sputnik
BAKI, 14 noyabr - Sputnik. Misirin cənubundakı Asuan əyalətində şənbə günü 500-dən çox adam əqrəb hücumundan ziyan çəkib.
Sputnik Azərbaycan bildirir ki, bu barədə ölkənin səhiyyə naziri Xaled Abdulqaffar məlumat verib.
Asuanda şənbə günü leysan və bu torpaqlarda nadir hadisə olan dolu yağıb, beş ev dağılıb. Təbii fəlakət ölkənin digər cənub vilayətlərinə də ziyan vurub.
Nazir qeyd edib ki, leysan əqrəblərin yuvasını dağıtdığından həşəratlar insanların evlərinə hücum çəkiblər.
"Asuanda 503 nəfərə əqrəb sancması əleyhinə zərdab vurulub. Sancmadan ölən yoxdur. Zərərçəkənlərin hamısı evə buraxılıb", - nazir deyib.
Xaled Abdulqaffarın sözlərinə görə, əqrəb və ilan zəhərinə qarşı zərdab ehtiyatı ölkədə kifayət qədərdir, məsələn, hazırda Asuan xəstəxanalarında 3350 doza zərdab var.
Nazirlik əqrəb sancmaları zamanı mütləq həkimə müraciət etməyi məsləhət görüb və simptomları da açıqlayıb - dişləmə yerində güclü ağrı, zəhərlənmədə olduğu kimi əlamətlər: yüksək temperatur, qusma, diareya və s.
Eləcə də oxuyun:
* Alimlər COVID-19-u əqrəb zəhəri ilə müalicə etməyi təklif ediblər
* Mingəçevir sakinləri təşvişdə: "İlanlar artıq ev heyvanına çevrilib" - FOTO
* Ən dəhşətli zəhərin dərmanı tapıldı