İDMAN

Avropa çempionatı: Azərbaycanın şahmat komandalarının heyətləri açıqlanıb

Kişilərdən Şəhriyar Məmmədyarov və Raud Məmmədov ağ, Teymur Rəcəbov və Rauf Məmmədov qara fiqurlarla oynayacaqlar.
Sputnik
BAKI, 12 noyabr — Sputnik. Sloveniyanın Çatej şəhərindəki şahmat üzrə Avropa çempinonatında iştirak edən kişi və qadınlardan ibarət Azərbaycan millilərinin bugünkü qarşılaşmalar üçün heyəti bəlli olub.
Sputnik Azərbaycan "Report"a istinadən xəbər verir ki, kişilərdən Şəhriyar Məmmədyarov və Raud Məmmədov ağ, Teymur Rəcəbov və Rauf Məmmədov qara fiqurlarla oynayacaqlar.
Avropa çempionatı, I tur
Kişilər
Azərbaycan - İtaliya
Şəhriyar Məmmədyarov - Daniel Vokaturo
Teymur Rəcəbov - Luka Moroni
Qədir Hüseynov - Françesko Sonis
Rauf Məmmədov - Alessio Valçesi
Qadınlar
Azərbaycan - Türkiyə
Günay Məmmədzadə - Sila Çağlar
Gülnar Məmmədova - Buse Naz Koçyigit
Xanım Balacayeva - Gülenay Aydın
Gövhər Beydullayeva - Çiğdem Onur
Məmmədzadə və Balacayeva ağ, Məmmədova və Beydullayeva qara fiqurlarla oynayacaqlar.
Qeyd edək ki, görüşlər Bakı vaxtı ilə saat 18:00-da başlayacaq.
Eləcə də oxuyun:
* Rauf Məmmədov: Avropa şahmat yarışında pul üçün deyil, Vüqar Həşimov üçün oynadıq
* Teymur Rəcəbov "Champions Chess Tour"un vitse-çempionu oldu
* Azərbaycanlı qrossmeysterlər dünya şahmat liderləri sırasında