SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Ceyhun Bayramov Mirzoyanla görüşdü, Fransa XİN rəhbəri minalara dair söz verdi

Nazir Ceyhun Bayramov Azərbaycanın münaqişə sonrası vəziyyətlə bağlı mövqeyini qarşı tərəfin diqqətinə çatdırıb.
Sputnik
BAKI, 11 noyabr - Sputnik. UNESCO-nun Baş Konfransında iştirak məqsədi ilə Parisə səfəri çərçivəsində Azərbaycan Respublikası Xarici işlər naziri Ceyhun Bayramovun noyabrın 10-da ATƏT-in Minsk Qrupunun həmsədrləri ABŞ-dan Endryu Şafer, Fransadan Bris Rökföy və Rusiyadan İqor Xovayev ilə, habelə həmsədrlərin iştirakı ilə Ermənistan xarici işlər naziri Ararat Mirzoyan ilə görüşləri olub. Görüşlərdə, həmçinin ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik iştirak edib.
Sputnik Azərbaycan-a XİN-dən daxil olan məlumatda deyilir ki, görüşlərdə bölgədə yaranmış yeni reallıqları nəzərə alaraq, Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşdırılması prosesi ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
SİYASƏT
Ceyhun Bayramov Fransada erməniləri rüsvay etdi
Nazir Ceyhun Bayramov Azərbaycanın münaqişə sonrası vəziyyətlə bağlı mövqeyini qarşı tərəfin diqqətinə çatdırıb.
Azərbaycan XİN rəhbəri həmçinin fransalı həmkarı Jan İv Lö Drian ilə görüşüb.

Nazirlər ikitərəfli əməkdaşlıq gündəliyi, habelə regional təhlükəsizlik məsələləri üzrə fikir mübadiləsi aparıblar.

Nazir Jan İv Lö Drian Fransının Azərbaycanla münasibətlərin inkişaf etdirilməsində maraqlı olduğunu bildirib.

Tərəflər ikitərəfli əməkdaşlığın xüsusilə iqtisadi, eləcə də təhsil sahələrində inkişaf etdirilməsi məsələlərini müzakirə ediblər və bu xüsusda qarşılıqlı maraq ifadə edilib.
SİYASƏT
Fransa səfirindən Azərbaycanla bağlı xoş sözlər

Nazir Lö Drian Azərbaycana minaların təmizlənməsi prosesinə yardım etməyə hazır olduğunu bəyan edib və bu xüsusda, ANAMA ilə əməkdaşlığa hazırlıq ifadə edilib. Həmçinin, birinci Qarabağ müharibəsindən itkin düşən şəxslərin axtarışı ilə əlaqədar prosesin Fransa üçün əhəmiyyət kəsb etdiyi qeyd edilib. Nazir Lö Drian, habelə Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşdırılmasının vacibliyini bildirib və ATƏT-in Minsk Qrupunun bu xüsusda önəmli format ola biləcəyini vurğulayıb.

Nazir Ceyhun Bayramov bölgədə mövcud olan cari vəiyyət, münaqişə sonrası mərhələdə Azərbaycanın sərgilədiyi mövqeyi barədə, eləcə də üçtərəfli bəyanatların icrası və Azərbaycan tərəfindən bu istiqamətdə birtərəfli şəkildə atılan addımlara dair qarşı tərəfə ətraflı məlumat verib. O, Azərbaycanın humanitar sahədə aidiyyəti beynəlxalq təşkilatlar, o cümlədən UNESCO ilə əməkdaşlığı barədə fransız həmkarını məlumatlandırıb.

Görüşdə nazirlər, eyni zamanda qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər.
Eləcə də oxuyun:
* Qarabağla bağlı Rusiyadan yeni təklif
* Türk sülhməramlıların Azərbaycandakı mandatı uzadıldı
* XİN Ermənistanın Azərbaycan ərazilərindəki növbəti təxribatına münasibət bildirib
* Azərbaycan Gorus-Qafan yolunda gömrük postları qurur