AZƏRBAYCAN XƏBƏRLƏRİ

Türkiyə Silahlı Qüvvələrinin təcrübəsindən məharətlə bəhrələndik və bəhrələnirik - Nazir

Nazir şanlı qələbənin - Zəfər Gününün qardaş türk xalqı ilə birgə qeyd edildiyi, Azərbaycan-Türkiyə qardaşlığının sarsılmaz olduğu qonaqların diqqətinə çatdırıb.
Sputnik
BAKI, 9 noyabr — Sputnik. Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov və Türkiyə Respublikasının Milli Müdafiə naziri cənab Hulusi Akarın Heydər Əliyev Mərkəzində birgə mətbuat konfransı keçirilib.
Sputnik Azərbaycan xəbər verir ki, Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov Azərbaycan Ordusunun Vətən müharibəsində qazandığı qələbədə Türkiyənin dəstəyinə görə təşəkkürünü çatdırıb.
O bu şanlı qələbənin - Zəfər Gününün qardaş türk xalqı ilə birgə qeyd edildiyi, Azərbaycan-Türkiyə qardaşlığının sarsılmaz olduğu qonaqların diqqətinə çatdırıb.
Nazir qeyd edib ki, Vətən müharibəsində qazanılan zəfər Azərbaycan tarixinin ən möhtəşəm səhifələrindəndir: “Ali Baş Komandan İlham Əliyevin liderliyində həyata keçirilən bu hərəkatla bağlı çox sayda analiz aparılmaqdadır”.
Z. Həsənov Türkiyənin dəstəyinin müharibədən sonrakı dövrdə də davam etdiyini vurğulayıb:

“Müharibə bitdiyi gündən bu günədək azad edilən torpaqlarda həyata keçirilən böyük fəaliyyətlərdə Türkiyə yaxından iştirak edir”.

Media nümayəndələrinin sualları cavablandırıldıqdan sonra hər iki qardaş ölkənin müdafiə nazirləri bəyanatla çıxış ediblər. Müdafiə naziri general-polkovnik Z.Həsənov Vətən müharibəsində Türkiyənin həm siyasi, həm də mənəvi dəstəyinə görə qardaş ölkəyə təşəkkürünü bildirib.
Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan Ordusunun 44 günlük müharibədə yüksək peşəkarlıq nümayiş etdirdiyi diqqətə çatdırılıb. Nazir Türkiyə Silahlı Qüvvələri ilə keçirilən birgə təlimlərdən danışaraq, bundan sonra da bu istiqamətdə işlərin davam etdiriləcəyini qeyd edib. Müdafiə naziri Zəfər Gününü bizimlə birgə qeyd etmək üçün ölkəmizə təşrif buyuran türkiyəli həmkarına və onun rəhbərlik etdiyi nümayəndə heyətinə öz təşəkkürünü bildirib.
Türkiyənin Milli Müdafiə naziri cənab H.Akar hər iki ölkənin ortaq tarixinin olduğunu bildirərək qardaşlığımızın əbədi davam etdiriləcəyini xüsusi vurğulayıb. Azərbaycanın istənilən probleminin həll olunması istiqamətində Türkiyənin bütün imkanlarını səfərbər etməyə hər zaman hazır olduğu diqqətə çatdırılıb. Milli Müdafiə naziri ölkələrimiz arasında mövcud dostluq və qardaşlıq münasibətlərinin daha da inkişaf etdiriləcəyinə əmin olduğunu bildirib.
Müdafiə naziri Vətən müharibəsində Türkiyənin həm siyasi, həm də mənəvi dəstəyinə görə qardaş ölkəyə təşəkkürünü bildirib. Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan Ordusunun 44 günlük müharibədə yüksək peşəkarlıq nümayiş etdirdiyi diqqətə çatdırılıb.
Nazir Türkiyə Silahlı Qüvvələri ilə keçirilən birgə təlimlərdən danışaraq, bundan sonra da bu istiqamətdə işlərin davam etdiriləcəyini qeyd edib. Müdafiə naziri Zəfər Gününü birgə qeyd etmək üçün Azərbaycana gələn türkiyəli həmkarına və onun rəhbərlik etdiyi nümayəndə heyətinə öz təşəkkürünü bildirib.
Z.Həsənov bildirib ki, Azərbaycan ordusunun əksər şəxsi heyətinin hazırlığı Türkiyənin təlim-tədris mərkəzində həyata keçirilirdi: "Millətimiz, dinimiz, dilimiz, mədəniyyətimiz birdir. Biz bu şansdan istifadəyə edərək Türkiyə Silahlı Qüvvələrinin təcrübəsindən məharətlə bəhrələndik və bunu davam etdiririk”.
Nazir çıxışında Türk Silahlı Qüvvələri dünyanın ən güclü ordularından biri olduğunu deyib:
“Mən özüm də çox şeyi burada oturan generallardan öyrənirəm. Müharibədən sonra ölkə Prezidentinin tapşırığı ilə müharibənin nəticələrini təhlil edərək yenidən Azərbaycan ordusunda təşkilat tədbirləri həyata keçirdik. Azərbaycan Prezidentinin tapşırığı ilə hazırda Azərbaycan ordusunu Türk Silahlı Qüvvələrinin modelinə uyğun təşkil etməkdə davam edirik".
Həmçinin oxuyun:
Türk nazir azərbaycanlı şəhid zabit barədə danışanda göz yaşlarını saxlaya bilmədi
Azərbaycan və Türkiyənin müdafiə nazirləri birgə mətbuat konfransı keçiriblər
Türkiyənin Müdafiə naziri Ermənistanın faktları təhrif etdiyini açıqladı