DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Türkiyənin ilk qırıcısı barədə önəmli hadisə

Sputnik
BAKI, 5 noyabr — Sputnik. Türkiyənin Türk Havacılık ve Uzay Sanayi AŞ (TUSAŞ) şirkəti bu ölkənin istehsalı olacaq beşinci nəsil təyyarənin prototipinin ilk detalını istehsal edib. Bu barədə Sputnik Azərbaycan "Anadolu" agentliyinə istinadən xəbər verir.
TUSAŞ-ın icraçı katibi Temel Kotil bildirib ki, hərbi təyyarələrin yaradılması layihəsi bütün ölkə üçün strateji əhəmiyyətə malikdir.
Kotil, həmçinin bu layihənin bütün iştirakçılarına təşəkkür edib.
Məlumatda bildirilir ki, şirkət layihə çərçivəsində 2022-ci ilin sonuna qədər hərbi təyyarənin 20 minə qədər detalını yaratmaq niyyətindədir.
Qırıcının prototipinin 18 mart 2023-cü ildə anqardan çıxması planlaşdırılır. Bundan sonra təyyarənin sistemi və mühərrikinin testinə başlanılacaq.
Təyyarənin ilk uçuşunun 2026-cı ildə həyata keçirilməsi planlaşdırılır.
Eləcə də oxuyun:
* Sabiq hərbi pilot: Azərbaycan Rusiya qırıcıları ala bilər
* Qarşılayın, Azərbaycanın yeni qırıcıları - İsrailin də işlətdiyi “Səma Ferrari”ləri
* Azərbaycan Pakistandan qırıcıları almaqda maraqlıdır - Hərbi attaşe