BAKI, 5 noyabr — Sputnik. Gələn il Milli Məclisin deputatlarının təmsil olunduğu siyasi partiyaların maliyyələşməsinə ayrılan vəsaitin məbləği müəyyənləşib.
Sputnik Azərbaycan xəbər verir ki, bununla bağlı məsələ "2022-ci ilin dövlət büdcəsi haqqında" qanun layihəsində əksini tapıb.
Layihədə qeyd edilib ki, VI çağırış Milli Məclisin deputatlarının təmsil olunduğu siyasi partiyaların fəaliyyətinin maliyyələşdirilməsi üçün 5 milyon manat vəsaitin ayrılması nəzərdə tutulub. Bu da ötən illə müqayisədə 1 milyon manat və ya 25 faiz çoxdur.
Qanun layihəsi Milli Məclisə daxil olub və komitə iclaslarında müzakirəyə çıxarılacaq.
Eləcə də oxuyun:
* Pay torpağı olanların nəzərinə - Qanun dəyişdirildi
* Ermənistana təzyiq göstərilməlidir - Zəfər Günü ilə bağlı Milli Məclisin Bəyanatı
* Əli Hüseynli böyük amnistiya aktı haqda: "İkinci hissədə məhdudiyyətlər qeyd olunub"