BAKI, 5 noyabr — Sputnik. Azərbaycanın 13 cüdoçusu Bakıdakı Böyük Dəbilqədə mübarizəyə başlayıb.
Sputnik Azərbaycan "Report"a istinadən bildirir ki, kişilərin yarışında 60 kq-da Balabəy Ağayev startda rusiyalı Damir Meremova qalib gəlsə də, 1/4 finalda gürcüstanlı Jaba Papinaşviliyə uduzub. Ağayev təsəlliverici görüşdə digər Azərbaycan təmsilçisi Əhməd Yusifovla qarşılaşıb. Görüşdən qalib ayrılan Yusifov bürünc medal uğrunda yaponiyalı Hayato Kondo ilə güləşəcək. Bu çəkidəki digər cüdoçu Turan Bayramov startda məhz Kondoya uduzaraq mübarizəni dayandırıb. Rövşən Əliyev isə 3-cü yer uğrunda monqolustanlı Sumiyabazar Enktaivanla qüvvəsini sınayacaq.
66 kq-da Orxan Səfərov ardıcıl olaraq, qazaxıstanlı Baybol Uulu Salamat və Erik Takabatakeyə qalib gələrək yarımfinala yüksəlib. Bu raundda ukraynalı Yevgeni Qonçarkonu məğlub edən 30 yaşlı idmançı finala vəsiqə qazanıb. Onun qızıl medal uğrunda rəqibi moldovalı Denis Vieru olacaq.
Qadınların mübarizəsində isə 57 kq-dakı İçinxorlu Muntsxedev finala çıxıb. O, həlledici qarşılaşmada yaponiyalı Momo Tamaoka ilə üz-üzə gələcək.
48 kq-da yarışan Şəfəq Həmidova bürünc medal görüşündə Şira Rişoni ilə münasibətlərinə aydınlıq gətirəcək.