https://sputnik.az/20211105/bakida-boyuk-debilqe-turniri-baslayib-iki-idmancimiz-finalda-434912574.html
Bakıda Böyük Dəbilqə turniri başlayıb: iki idmançımız finalda
Bakıda Böyük Dəbilqə turniri başlayıb: iki idmançımız finalda
Sputnik Azərbaycan
60 kq-da çıxış edən Balabəy Ağayev 1/8 finalda rusiyalı Damir Meremovla qarşılaşıb. 05.11.2021, Sputnik Azərbaycan
2021-11-05T15:02+0400
2021-11-05T15:02+0400
2021-11-05T15:10+0400
cüdo
idman
https://cdnn1.img.sputnik.az/img/40672/48/406724851_0:0:2467:1389_1920x0_80_0_0_fb769ff9da85dbd10a1ee43a04c56253.jpg
BAKI, 5 noyabr — Sputnik. Azərbaycanın 13 cüdoçusu Bakıdakı Böyük Dəbilqədə mübarizəyə başlayıb.Sputnik Azərbaycan "Report"a istinadən bildirir ki, kişilərin yarışında 60 kq-da Balabəy Ağayev startda rusiyalı Damir Meremova qalib gəlsə də, 1/4 finalda gürcüstanlı Jaba Papinaşviliyə uduzub. Ağayev təsəlliverici görüşdə digər Azərbaycan təmsilçisi Əhməd Yusifovla qarşılaşıb. Görüşdən qalib ayrılan Yusifov bürünc medal uğrunda yaponiyalı Hayato Kondo ilə güləşəcək. Bu çəkidəki digər cüdoçu Turan Bayramov startda məhz Kondoya uduzaraq mübarizəni dayandırıb. Rövşən Əliyev isə 3-cü yer uğrunda monqolustanlı Sumiyabazar Enktaivanla qüvvəsini sınayacaq.66 kq-da Orxan Səfərov ardıcıl olaraq, qazaxıstanlı Baybol Uulu Salamat və Erik Takabatakeyə qalib gələrək yarımfinala yüksəlib. Bu raundda ukraynalı Yevgeni Qonçarkonu məğlub edən 30 yaşlı idmançı finala vəsiqə qazanıb. Onun qızıl medal uğrunda rəqibi moldovalı Denis Vieru olacaq.Qadınların mübarizəsində isə 57 kq-dakı İçinxorlu Muntsxedev finala çıxıb. O, həlledici qarşılaşmada yaponiyalı Momo Tamaoka ilə üz-üzə gələcək.48 kq-da yarışan Şəfəq Həmidova bürünc medal görüşündə Şira Rişoni ilə münasibətlərinə aydınlıq gətirəcək.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/40672/48/406724851_275:0:2467:1644_1920x0_80_0_0_b3e509d7c7bc73c200982d0e74ebb38a.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
cüdo
Bakıda Böyük Dəbilqə turniri başlayıb: iki idmançımız finalda
15:02 05.11.2021 (Yenilənib: 15:10 05.11.2021) 60 kq-da çıxış edən Balabəy Ağayev 1/8 finalda rusiyalı Damir Meremovla qarşılaşıb.
BAKI, 5 noyabr — Sputnik. Azərbaycanın 13 cüdoçusu Bakıdakı Böyük Dəbilqədə mübarizəyə başlayıb.
Sputnik Azərbaycan "Report"a istinadən bildirir ki, kişilərin yarışında 60 kq-da Balabəy Ağayev startda rusiyalı Damir Meremova qalib gəlsə də, 1/4 finalda gürcüstanlı Jaba Papinaşviliyə uduzub. Ağayev təsəlliverici görüşdə digər Azərbaycan təmsilçisi Əhməd Yusifovla qarşılaşıb. Görüşdən qalib ayrılan Yusifov bürünc medal uğrunda yaponiyalı Hayato Kondo ilə güləşəcək. Bu çəkidəki digər cüdoçu Turan Bayramov startda məhz Kondoya uduzaraq mübarizəni dayandırıb. Rövşən Əliyev isə 3-cü yer uğrunda monqolustanlı Sumiyabazar Enktaivanla qüvvəsini sınayacaq.
66 kq-da Orxan Səfərov ardıcıl olaraq, qazaxıstanlı Baybol Uulu Salamat və Erik Takabatakeyə qalib gələrək yarımfinala yüksəlib. Bu raundda ukraynalı Yevgeni Qonçarkonu məğlub edən 30 yaşlı idmançı finala vəsiqə qazanıb. Onun qızıl medal uğrunda rəqibi moldovalı Denis Vieru olacaq.
Qadınların mübarizəsində isə 57 kq-dakı İçinxorlu Muntsxedev finala çıxıb. O, həlledici qarşılaşmada yaponiyalı Momo Tamaoka ilə üz-üzə gələcək.
48 kq-da yarışan Şəfəq Həmidova bürünc medal görüşündə Şira Rişoni ilə münasibətlərinə aydınlıq gətirəcək.