BAKI, 31 oktyabr - Sputnik. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan G20 sammiti çərçivəsində Almaniya kansleri Angela Merkellə görüşüb.
Görüşdə G20 sammitinin gündəliyinə daxil olan məsələlər, Türkiyə və Almaniyanın gələcək münasibətlərinə dair fikir mübadiləsi aparılıb.
Qeyd edək ki, bundan əvvəl Rəcəb Tayyib Ərdoğan G20 sammiti çərçivəsində Fransa prezidenti Emmanuel Makron və ABŞ prezidenti Co Bayden, həmçinin Avropa İttifaqı Şurasının prezidenti Çarlz Mişellə görüşüb.
Bu, Angela Merkelin Almaniyanın federal-kansleri kimi G20-nin sammitində sonuncu iştirakıdır.
Oktyabrın 30-31-də İtaliyanın paytaxtı Romada G20 ölkələrinin dövlət və hökumət rəhbərlərinin zirvə toplantısı keçiriləcək. Budəfəki sammit "İnsanlar, planet, firavanlıq" devizi altında baş tutacaq. Sammit çərçivəsində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə ABŞ Prezidenti Co Bayden arasında ikitərəfli görüşün keçirilməsi də nəzərdə tutulur.
Xatırladaq ki, G20 dünyanın iqtisadi cəhətdən inkişaf etmiş ən güclü 20 dövlətini birləşdirən qurumdur. Bura ABŞ, Avropa Birliyi, Böyük Britaniya, Türkiyə, Rusiya, Almaniya, Fransa, İtaliya, Yaponiya, Çin, Kanada, Braziliya, Argentina, Hindistan, Səudiyyə Ərəbistanı, İndoneziya, Avstraliya, Cənubi Koreya, Meksika və CAR daxildir.
Həmçinin oxuyun: