BAKI, 31 oktyabr - Sputnik. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Fransa Prezidenti Emmanuel Makronla görüşüb.
Sputnik Türkiyə-nin xəbərinə görə, görüş İtaliyanın paytaxtı Romada keçirilən G-20 sammiti çərçivəsində baş tutub.
50 dəqiqə davam edən görüşün nəticələri barədə hələ tərəflər açıqlama verməyiblər.
Qeyd edək ki, Türkiyə və Fransa arasında Türkiyə-Avropa İttifaqı əlaqələri, Şərqi Aralıq dənizində enerji resursları və təhlükəsizlik başda olmaqla, bir çox məsələlərdə fikir ayrılığı var.

Prezidentlərin görüşündə də bu mövzuların diqqət mərkəzində olacağı gözlənilirdi.
Ərdoğan bundan əvvəl ABŞ prezidenti Co baydenlə görüşüb.

Sammit çərçivəsində Türkiyə prezidentinin G-20 zirvəsində son dəfə iştirak edən Almaniya kansleri Angela Merkellə ikitərəfli görüşü də nəzərdə tutulub.
Həmçinin oxuyun: