SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Terrorçuluğu təşviq edirlər: Rəsmi Bakı ASALA üzvünün azadlığa buraxılması haqda

Azərbaycan XİN rəsmisi qeyd edib ki, terrorçunun hər-hansı şəkildə qəhrəmanlaşdırılması cəhdlərinin qarşısı alınmalıdır.
Sputnik
BAKI, 30 oktyabr - Sputnik. ABŞ-ın Los-Anceles şəhərində 1982-ci ildə Türkiyə diplomatı Kamal Arıkanı qətlə yetirən erməni terrorçu, ASALA üzvü Ambik Sassunyanın həbsdən azad edilməsi qərarını pisləyirik. Bir terrorçunun azadlığa buraxılması təhlükəli olmaqla yanaşı, terrorçuluğun təşviq edilməsinə xidmət edir”.
Sputnik Azərbaycan-ın məlumatına görə, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin sözçüsü Leyla Abdullayeva erməni terrorçu Ambik Sassunyanın həbsdən azad edilməsinə münasibət bildirərkən deyib.
XİN rəsmisi qeyd edib ki, həbsdə olarkən, 2012-ci ildə “Hay Zinvor” adlı erməni hərbi jurnalına verdiyi müsahibəsində A.Sassunyanın erməni əsgəri olduğu və Azərbaycanın o zaman işğal altında olan Qarabağ ərazisində döyüşməyə hazır olduğunu bildirməsi bu terrorçunun heç də islah olmadığını nümayiş etdirir: "Ermənistan KİV-də yayılmış məlumata əsasən, bu ölkədə olduğu bildirilən terrorçunun hər-hansı şəkildə qəhrəmanlaşdırılması cəhdlərinin qarşısı alınmalıdır".
Eləcə də oxuyun:
* Rusiya XİN Azərbaycanın daha 5 erməni hərbçini Ermənistana qaytarmasını alqışlayıb
* Azərbaycan beş erməni diversantı Ermənistana qaytarıb
* Politoloq: “Ermənistanın xilas yolu Azərbaycanla barışıqdan keçir”
* Paşinyan yalandan sülhməramlı cildinə girib - Korotçenko