https://sputnik.az/20211021/rusiya-xn-azerbaycanin-daha-5-ermeni-herbcini-ermenistana-qaytarmasini-alqislayib-434454772.html
Rusiya XİN Azərbaycanın daha 5 erməni hərbçini Ermənistana qaytarmasını alqışlayıb
Rusiya XİN Azərbaycanın daha 5 erməni hərbçini Ermənistana qaytarmasını alqışlayıb
Sputnik Azərbaycan
Mariya Zaxarova bildirib ki, Moskva Bakı ilə İrəvan arasında münasibətlərin normallaşması üçün vasitəçilik səylərini davam etdirir. 21.10.2021, Sputnik Azərbaycan
2021-10-21T18:00+0400
2021-10-21T18:00+0400
2021-10-22T11:45+0400
rusiya
rusiya xin mətbuat xidməti
ermənistan
mariya zaxarova
rusiya xin
https://cdnn1.img.sputnik.az/img/07e5/03/12/426502534_0:0:3381:1902_1920x0_80_0_0_fb203c5a2179020841d24f5d2524d083.jpg
BAKI, 21 oktyabr - Sputnik. Rusiya Xarici İşlər Nazirliyi (XİN) Azərbaycanın daha 5 erməni hərbçini Ermənistana qaytarmasını alqışlayıb.Sputnik Azərbaycan APA-ya istinadla xəbər verir ki, bu barədə Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi ənənəvi brifinqdə bildirib.O qeyd edib ki, Moskva Bakı ilə İrəvan arasında münasibətlərin normallaşması üçün vasitəçilik səylərini davam etdirir.Xatırladaq ki, Azərbaycan oktyabrın 19-da 5 erməni hərbçini Ermənistana qaytarıb.Bununla bağlı Qarabağda müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlılarının keçmiş rəhbəri general Rüstəm Muradov Bakıdan İrəvana uçuş həyata keçirib.Sputnik Ermənistan həmin gün erməni hərbçiləri aparan təyyarənin Erebuni hava limanında eniş etdiyini xəbər verib. Diversantlar Rusiya Hava-Kosmik Qüvvələrinin təyyarəsi ilə aparılıblar. Məlumata əsasən, general Muradov təhlükəsizlik qüvvələrimiz tərəfindən saxlanılaraq həbs edilən beş erməni hərbçini Ermənistana aparıb.Erməni KİV qaytarılan hərbçilərin adlarını açıqlayıb. Bunlar: Ambardanyan Mels, Karapetyan Rafik, Manukyan Jora, Manukyan Ovsep, Soğomonyan Sedrakdır.Adıçəkilən ermənilər Vətən müharibəsindən sonra Azərbaycanın Xocavənd rayonu ərazisindən Azərbaycan sərhədlərini pozaraq Hadrut qəsəbəsi ərazisinə daxil olarkən Azərbaycan Silahlı Qüvvələri tərəfindən saxlanılmışdı. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə saxlanılan şəxslərin hər biri 4 il müddətinə azadlıqdan məhrum edilmişdi.Qeyd olunur ki, həbs edildikdən təxminən bir il sonra azadlığa buraxılmaları, şübhəsiz ki, Bakının başqa bir humanist jestidir.Eləcə də oxuyun:* Azərbaycan beş erməni diversantı Ermənistana qaytarıb* Azərbaycanın dövlət sərhədini pozan 13 erməniyə hökm oxundu* Casusluqda ittiham olunan iki erməninin cinayət işi məhkəməyə göndərilibBakıda erməni terrorçularının məhkəmə prosesləri təxirə salındıErməni terrorçulardan ibarət 13 nəfərlik qrupun məhkəməsində ittham aktı elan edildiDTX və Baş Prokurorluq 13 erməni terrorçu barədə məlumat yaydı
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/03/12/426502534_510:0:3241:2048_1920x0_80_0_0_908d0b85a420feff38f30fd1b749691b.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
rusiya xin mətbuat xidməti, ermənistan, mariya zaxarova, rusiya xin
rusiya xin mətbuat xidməti, ermənistan, mariya zaxarova, rusiya xin
Rusiya XİN Azərbaycanın daha 5 erməni hərbçini Ermənistana qaytarmasını alqışlayıb
18:00 21.10.2021 (Yenilənib: 11:45 22.10.2021) Mariya Zaxarova bildirib ki, Moskva Bakı ilə İrəvan arasında münasibətlərin normallaşması üçün vasitəçilik səylərini davam etdirir.
BAKI, 21 oktyabr - Sputnik. Rusiya Xarici İşlər Nazirliyi (XİN) Azərbaycanın daha 5 erməni hərbçini Ermənistana qaytarmasını alqışlayıb.
Sputnik Azərbaycan APA-ya istinadla xəbər verir ki, bu barədə Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi ənənəvi brifinqdə bildirib.
O qeyd edib ki, Moskva Bakı ilə İrəvan arasında münasibətlərin normallaşması üçün vasitəçilik səylərini davam etdirir.
Xatırladaq ki, Azərbaycan oktyabrın 19-da 5 erməni hərbçini Ermənistana qaytarıb.
Bununla bağlı Qarabağda müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlılarının keçmiş rəhbəri general Rüstəm Muradov Bakıdan İrəvana uçuş həyata keçirib.
Sputnik Ermənistan həmin gün erməni hərbçiləri aparan təyyarənin Erebuni hava limanında eniş etdiyini xəbər verib. Diversantlar Rusiya Hava-Kosmik Qüvvələrinin təyyarəsi ilə aparılıblar.
Məlumata əsasən, general Muradov təhlükəsizlik qüvvələrimiz tərəfindən saxlanılaraq həbs edilən beş erməni hərbçini Ermənistana aparıb.
Erməni KİV qaytarılan hərbçilərin adlarını açıqlayıb. Bunlar: Ambardanyan Mels, Karapetyan Rafik, Manukyan Jora, Manukyan Ovsep, Soğomonyan Sedrakdır.
Adıçəkilən ermənilər Vətən müharibəsindən sonra Azərbaycanın Xocavənd rayonu ərazisindən Azərbaycan sərhədlərini pozaraq Hadrut qəsəbəsi ərazisinə daxil olarkən Azərbaycan Silahlı Qüvvələri tərəfindən saxlanılmışdı. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə saxlanılan şəxslərin hər biri 4 il müddətinə azadlıqdan məhrum edilmişdi.
Qeyd olunur ki, həbs edildikdən təxminən bir il sonra azadlığa buraxılmaları, şübhəsiz ki, Bakının başqa bir humanist jestidir.
*
Casusluqda ittiham olunan iki erməninin cinayət işi məhkəməyə göndərilib