RUSİYA

Lavrov Çavuşoğlu ilə görüşüb, Cənubi Qafqazı müzakirə etdilər

Sputnik
BAKI, 30 oktyabr - Sputnik. Rusiya və Türkiyənin xarici işlər nazirləri Sergey Lavrovla Mövlud Çavuşoğlu Romada görüşüblər.
Sputnik Azərbaycan bildirir ki, məlumatı Rusiya XİN yayıb. Qeyd olunur ki, onlar Balkan yarımadasında və Qafqazdakı vəziyyəti, xüsusilə "3+3" mexanizminin işəsalınma prinsiplərini müzakirə ediblər.
"Söhbət zamanı iki ölkənin Balkanda və Qafqazda vəziyyətin sabitləşdirilməsinə dair səylərinin koordinasiyasına diqqət ayrılıb. Bosniya məsələsinin həllində birgə addımların mümkünlüyünə, eləcə də çoxtərəfli formatların istifadəsinə dair fikir mübadiləsi aparılıb", - məlumatda qeyd olunur.
Bildirilir ki, Cənubi Qafqazda kommunikasiyaların açılması və qarşılıqlı sərfəli infrastruktur layihələrinin təşviqinə dair "3+3" mexanizmi də müzakirə mövzusu olub.
-----------
17:07
Rusiya Xarici işlər naziri Sergey Lavrov Romada türkiyəli həmkarı Mövlüd Çavuşoğlu ilə görüşəcək.
Sputnik Azərbaycan bildirir ki, bu barədə məlumat G20 sammitində iştirak edən Rusiya nümayəndə heyətindən verilib.
Qeyd olunur ki, Rusiya XİN rəhbərinin həmçinin Fransa Xarici işlər naziri Jan-İv le Drian, çinli həmkarı Van İ, BMT-nin Dünya Ərzaq Proqramının icraçı direktoru Devid Bizli və Ümumdünya Səhiyyə Təşkilatının baş direktoru Tedros Adhanom Gebreyesus ilə görüşü də gözlənilir.
Oktyabrın 30-31-də İtaliya paytaxtında "Böyük iyirmilik" (G20) ölkələrinin sammiti keçirilir.
Eləcə də oxuyun:
* Vladimir Putinin “G-20”də çıxışı: vacib məqamlar
* ÜST ölkələri müqavilə bağlamağa çağırdı: yeni təhlükəli virus xəbərdarlığı
* G20 ölkələri dünya əhalisinin 70%-ni peyvəndləmək barədə qərar verdilər