BAKI, 30 oktyabr — Sputnik. Sosial şəbəkələrdə səhhəti ilə bağlı şikayəti yayılan Cəlilabad rayonu sakini, Vətən müharibəsi qazisi Ağayev Fariz Hidayət oğlunun müalicəsi başlayıb. Sputnik Azərbaycan "Oxu.Az"a istinadən xəbər verir ki, bu haqda F.Ağayev özü bildirib.
O, müalicəsinin dövlət hesabına davam etdirildiyini deyib: "Ötən aydan mənə 3-cü dərəcə əlillik təyinatı da təyin edilib".
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Tural Qurbanov bildirib ki, Vətən müharibəsi qazisi, Cəlilabad rayon sakini Ağayev Fariz Hidayət oğluna bir müddət əvvəl ölkəmizin ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik təyin olunub.
Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyin həkim-ekspertləri onu evində müayinə edib və əlilliyinin qiymətləndirilməsi üçün sənədləşmə prosesinə dəstək göstəriblər. Bundan sonra aidiyyəti qurumlar tərəfindən həmin qazimizlə bağlı şəhadətnamə və göndəriş e-sistemə daxil edilib.
Eləcə də oxuyun:
* Şuşanın azad olunması xəbəri yaralı olduğunu hiss etdirmədi: Axısqalı qazinin xatirələri