BAKI, 27 oktyabr — Sputnik. Gələn ilin dövlət büdcəsindən təhsilə 3.884 milyard manat vəsaitin ayrılması nəzərdə tutulur. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə "Azərbaycan Respublikasının 2022-ci ilin dövlət büdcəsi haqqında" qanun layihəsində əksini tapıb.
Layihəyə əsasən, həmin vəsaitin 376 milyon 858 min 452 manatının məktəbəqədər təhsilə, 2 milyard 090 milyon 153 min 867 manatının ümumi təhsilə, 63 milyon 815 min 386 manatı peşə təhsilinə, 87 milyon 300 min 596 manatının orta ixtisas təhsilinə, 59 milyon 987 min 844 manatının ali təhsilə, 3 milyon 937 min 523 manatının əlavə təhsilə, 7 milyon 015 min 701 manatının təhsil sahəsində tətbiqi tədqiqatlara, 1 milyard 195 milyon 256 min 291 manatının təhsil sahəsində digər müəssisə və tədbirlərə xərclənəcəyi nəzərdə tutulur.
Qeyd edək ki, 2022-ci ildə Azərbaycan dövlət büdcəsinin gəlirləri, rəsmi proqnozlara əsasən, 2021-ci illə müqayisədə 5,4 faiz artaraq 26,82 milyard manat təşkil edəcək.
Dövlət büdcəsinin xərcləri isə gələn il 29,89 milyard manata bərabər olacaq. Bu, 2021-ci illə müqayisədə 4,7 faiz çoxdur.
Eləcə də oxuyun:
* Azərbaycanda devalvasiya gözlənilir? Neftin ağ, manatın qara günləri
* Gəlir və xərclərimiz nə qədər olub - Maliyyə Nazirliyinin operativ məlumatı