DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Taliblər natural təsərrüfata keçiblər: buğda qarşılığında iş

Proqramın işə salınması münasibətilə təşkil ounan tədbirdə Talibanın* müəyyən etdiyi müvəqqəti hökumətin nazirliklərinin əməkdaş və məmurları iştirak ediblər.
Sputnik
BAKI, 24 oktyabr - Sputnik. Əfqanıstanın yeni hökuməti Kabildə buğda qarşılığında iş proqramını işə slaıb.
Sputnik Azərbaycan RİA Novosti-yə istinadən bildirir ki, bu barədə ölkənin ictimai məşvərət məsələləri idarəsindən bildiriblər.
Qeyd olunur ki, bu layihə çərçivəsində əsas istiqamət Kabilin dağlarında və ətrafında yerüstü su resurslarının idarə olunması, şəhərdə daşqınların qarşısının alınması olacaq. Layihədə Kabildən 40 min nəfərin bu cür işlə təmin olunacağı, ümumilikdə 65 min ton buğdanın bölüşdürüləcəyi gözlənilir.
Bazar günü, oktyrabrın 24-də proqramın işə salınması münasibətilə təşkil ounan tədbirdə Talibanın* müəyyən etdiyi müvəqqəti hökumətin nazirliklərinin əməkdaş və məmurları iştirak ediblər.
Avqustda yayılan məlumata görə, Əfqanıstanı ələ keçirən Taliban* hərəkatı ölkənin Mərkəzi Bankındakı milyardlarla dollara sahib ola bilmir. Beynəlxalq Valyuta Fondu da terrorçulara yardım göstərməkdən imtina edib. Siyasi təlatümlərin ağuşunda olan ölkə iqtisadiyyatı pulsuzluqla üz-üzə qalıb.
* Taliban - 1994-cü ildə yaranan və 1996–2004-cü illər arası Əfqanıstanın bütün ərazisini idarə etmiş hərəkatdır. 2003-сü ildə BMT TŞ tərəfindən terror təşkilatı kimi tanınıb.
Eləcə də oxuyun:
* İŞİD-i* bir neçə gün ərzində məğlub edə bilərdik - Taliban*
* Regionda güvən testi: Türkiyə təhlükəni Rusiya və ya Amerika ilə həll etmək istəyir
* Taliblərin reabilitasiya mərkəzində narkomanlar: İçəridən çəkilmiş şok görüntülər
* Putin Talibanı* tanımaqda tələsməməyə çağırıb
* Taliblər qadınları səhiyyə sisteminə qaytarıblar
* Türkiyə Talibanla* əfqan qaçqınların vətənə qayıtması məsələsini müzakirə edib