BAKI, 24 oktyabr — Sputnik. Pakistan Əfqanıstanda "İslam Dövləti"nə* qarşı mübarizədə Taliban*a kömək edir. Bu barədə "Washington Post" Taliban* rəsmilərinə istinadən xəbər verib.
"Pakistan bizim qardaşımızdır və onlar bizi bir çox cəhətdən, o cümlədən məlumat və kəşfiyyat mübadiləsi yolu ilə də dəstəkləyirlər. Əgər ABŞ və dünyanın qalan hissəsi bizimlə məlumat paylaşsaydılar, İŞİD-i* bir neçə gün ərzində məğlub edə bilərdik", - Taliban* nümayəndəsi bildirib.
Nəşrin məlumatına görə, Pakistan "qeyri-rəsmi kanallar" vasitəsilə Talibana kəşfiyyat məlumatları ötürərək texniki dəstək göstərir. Pakistan Xarici İşlər Nazirliyinin adı açıqlanmayan məmuru taliblərə "qeyri-rəsmi" dəstək verdiyini təsdiqləyib.
"Kabil ilə hər hansı bir əməkdaşlığı istisna etmək olmaz. <...> İŞİD-dən təkcə Pakistan deyil, digər region ölkələri kimi, Rusiya və İran da narahatdır. Deməli, terrorizmlə mübarizə baxımından regional səviyyədə anlaşma ola bilər", - deyə məmur bildirib.
Bu yaxınlarda taliblər İŞİD-i* təhdid deyil, "baş ağrısı" adlandırıblar.
* Rusiyada və digər ölkələrdə qadağan olunmuş terror təşkilatları
Eləcə də oxuyun:
* Peskov Talibanla* bağlı suala cavab verib
* Regionda güvən testi: Türkiyə təhlükəni Rusiya və ya Amerika ilə həll etmək istəyir
* Taliblərin reabilitasiya mərkəzində narkomanlar: İçəridən çəkilmiş şok görüntülər
* Taliblər qadınları səhiyyə sisteminə qaytarıblar
* Türkiyə Talibanla* əfqan qaçqınların vətənə qayıtması məsələsini müzakirə edib