BAKI, 22 oktyabr — Sputnik. Rusiya prezidenti Vladimir Putin veto hüququnun ləğv edilməsi halında BMT-nin ölümündən danışarkən haqlıdır. Bu barədə BMT Baş katibinin keçmiş müavini, Rusiya Beynəlxalq Əməkdaşlıq və İctimai Diplomatiya üzrə İctimai Şurasının sədri Sergey Orconikidze hesab edir.
Rusiya prezidenti Vladimir Putin "Valday" beynəlxalq müzakirə klubunun plenar iclasında çıxış edərək bildirib ki, BMT-nin islahatı ilə bağlı fərqli qərarlar mümkündür, ancaq əgər veto hüququ məhv edilsə, təşkilat elə həmin gün öləcək.
"Əlbəttə (öləcək-red.) Öləcək, çünki veto hüququnun mənası güc balansının qorunmasıdır. Yəni, Rusiya üçün qəbuledilməz olan şeylərə (veto qoyula bilər - red.) O cümlədən, güc tətbiqini nəzərdə tutan Təhlükəsizlik Şurasının məcburi xarakterli qətnamələrinə, Rusiya da Təhlükəsizlik Şurasının (BMT) digər daimi üzvləri kimi veto qoya bilər" – deyə Orconikidze RİA Novosti-yə bildirib.
BMT Təhlükəsizlik Şurasının beş daimi üzvü Rusiya, ABŞ, Çin, Fransa və Böyük Britaniyadır.
Bu yaxınlarda Putin BMT Təhlükəsizlik Şurasının daimi üzvləri olan ölkələrin liderlərinin görüşünü təşkil etməyi təklif edib. Bütün ölkələr belə bir görüşdə iştirak etməyə hazır olduqlarını bildiriblər.
Həmçinin oxuyun: