İQTİSADİYYAT

Gəlir və xərclərimiz nə qədər olub - Maliyyə Nazirliyinin operativ məlumatı

Azərbaycanın icmal büdcəsində 4 milyard manata yaxın qalıq yaranıb. Bu il icmal büdcədə 7335,3 milyon manat kəsir proqnozlaşdırılırdı
Sputnik
BAKI, 21 oktyabr — Sputnik. Maliyyə Nazirliyi 2021-ci ilin doqquz ayı ərzində Azərbaycanın dövlət büdcəsinin icrasına dair operativ məlumat yayıb.
Maliyyə Nazirliyindən Sputnik Azərbaycan-a bildiriblər ki, operativ məlumata əsasən, 2021-ci ilin doqquz ayında dövlət büdcəsinin gəlirləri və maliyyələşdirmə əməliyyatları üzrə daxilolmaları 18947,9 mln. manat təşkil etməklə, 17711,9 mln. manat xərclərindən 1236,0 mln. manat artıq olub.

Gəlirlər

Dövlət büdcəsinin gəlirləri 18818,5 mln. manat proqnoza qarşı 17871,6 mln. manat və ya 95 faiz icra olunub.
Cari ilin doqquz ayında İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xətti ilə dövlət büdcəsinə 6354,4 mln. manat vəsait daxil olmuşdur ki, bu da proqnoza nisbətən 1066,7 mln. manat və ya 20,2 faiz, 2020-ci ilin eyni dövrü ilə müqayisədə isə 681,6 mln. manat və ya 12,0 faiz çoxdur. Həmin vəsaitin 73,9 faizi və yaxud 4692,8 mln. manatı qeyri-neft sektorundan daxilolmaların payına düşməklə 2020-ci ilin eyni dövrü ilə müqayisədə 442,8 mln. manat və ya 10,4 faiz çox olub.
AZƏRBAYCAN XƏBƏRLƏRİ
Yerli qızıl - həm ucuz, həm keyfiyyətli
Dövlət Gömrük Komitəsinin xətti ilə dövlət büdcəsinə 3193,2 mln. manat vəsait təmin edilmişdir ki, bu da proqnoza nisbətən 352,2 mln. manat və ya 12,4 faiz, 2020-ci ilin eyni dövrü ilə müqayisədə isə 238,0 mln. manat və ya 8,1 faiz çoxdur.
Dövlət Vergi Xidməti və Dövlət Gömrük Komitəsi tərəfindən cari ilin doqquz ayı ərzində mədaxil proqnozunun artıqlaması ilə icra edilməsi və dövlət büdcəsi kəsirinin maliyyələşməsi üçün nəzərdə tutulmuş mənbələrdən istifadə olunması hesabına Dövlət Neft Fondundan dövlət büdcəsinə nəzərdə tutulmuş transfertdən 7309,7 mln. manat və ya proqnoza nisbətdə 1840,3 mln. manat (20,1 faiz) az vəsait daxil olub.
İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən dövlət əmlakının icarəyə verilməsindən icarə haqqı şəklində dövlət büdcəsinə 11,5 mln. manat vəsait daxil olmaqla proqnoza 140,2 faiz əməl edilib, 2020-ci ilin eyni dövrü ilə müqayisədə isə 3,4 mln. manat və ya 42,0 faiz çox olub.
Dövlət büdcəsindən maliyyələşdirilən təşkilatların ödənişli xidmətlərindən 454,1 mln. manat vəsait daxil olub ki, bu da 2020-ci ilin eyni dövrü ilə müqayisədə 80,2 mln. manat və ya 21,4 faiz çoxdur.
Sair daxilolmalar üzrə dövlət büdcəsinə 308,7 mln. manat vəsait daxil olub ki, bu da proqnoza qarşı 162,1 mln. manat və ya 2,1 dəfə, 2020-ci il ilin eyni dövrü ilə müqayisədə isə 206,7 mln. manat və ya 3,0 dəfə çoxdur.
Dövlət borcu və zəmanəti üzrə öhdəliklərin Təminat Fondundan dövlət büdcəsinə 240,0 mln. manat vəsait transfert olunub.
Maliyyələşmə əməliyyatları üzrə 1076,3 mln. manat vəsait cəlb edilib. Bunun 813,2 mln. manatı dövlət borclanması, 205,0 mln. manatı layihələrin maliyyələşməsi əsasında cəlb olunan kreditlər, 58,1 mln. manatı isə özəlləşmədən daxilolmalar hesabına təmin edilib.

Xərclər

2021-ci ilin doqquz ayı ərzində dövlət büdcəsinin xərcləri 19657,5 mln. manat proqnoza qarşı 17711,9 mln. manat və ya 90,1 faiz icra edilib.
Dövlət büdcəsi xərclərinin 11476,4 mln. manatı və ya 64,8 faizi cari xərclərə, 4722,0 mln. manatı və ya 26,7 faizi əsaslı xərclərə, 1513,5 mln. manatı və ya 8,5 faizi dövlət borcuna və öhdəliklərinə xidmətlə bağlı xərclərə yönəldilib.
İQTİSADİYYAT
Azərbaycan gələn il bərpa olunan enerji ilə bağlı ilk dəfə hərrac keçirəcək
Cari ilin doqquz ayında sosialyönümlü xərclər (iqtisadi təsnifata uyğun olaraq əməyin ödənişi fondu, təqaüd və sosial müavinətlər, dərman və ərzaq xərcləri) dövlət büdcəsinin faktiki xərclərinin 43,2 faizini təşkil etməklə 7655,2 mln. manat məbləğində icra olunub, ötən ilin eyni dövrü üzrə həmin xərc əmaliyyatlarını 483,5 mln. manat və ya 6,7 faiz üstələyib.
2021-ci ilin doqquz ayı ərzində büdcə təşkilatlarının təqdim etdikləri xərc sifarişləri üzrə xəzinədarlıq orqanları tərəfindən qəbul edilmiş öhdəliklər tam və vaxtında maliyyələşdirilib.
Cari ilin doqquz ayında dövlət büdcəsində 159,7 mln. manat məbləğində profisit yaranıb.

İcmal büdcə

Cari ilin doqquz ayında icmal büdcənin gəlirləri 23021,4 mln. manat olmuşdur ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 5531,5 mln. manat və ya 31,6 faiz çoxdur. İcmal büdcənin xərcləri isə 19458,3 mln. manat məbləğində icra olunub.
2021-ci il üzrə icmal büdcə 7335,3 mln. manat məbləğində kəsirlə proqnozlaşdırılsa da, cari ilin doqquz ayında faktiki olaraq 3563,1 mln. manat büdcə artıqlığı (profisit) yaranıb.
Eləcə də oxuyun:
* Azərbaycandan üç ölkəyə ixracla bağlı yaranan çətinlik aradan qaldırılıb
* "Made in Karabakh" nişanı ilə mallar dünyaya təqdim olunacaq
* Azərbaycanda ehtiyac olan xidmətlərlə bağlı mobil tətbiq hazırlanacaq
* Metallurqlarımız dünyada ilkə imza atdı
* Qiymətlərə od vurmağa daha bir namizəd: Dizeldən nə çəkəcəyimiz var?