BAKI, 19 oktyabr — Sputnik. "Vaksinlərin bölüşdürülməsində "koordinasiyalı, bərabər yanaşma" olmadan heç bir ölkədə yoluxma sayını azaltmaq mümkün olmayacaq".
Sputnik Azərbaycan "Report"a istinadən xəbər verir ki, bunu BMT-nin Baş katibi Antonio Quterreş bildirib. O deyib ki, vaksinlərin bölüşdürülməsindəki bərabərsizlik COVID-19-un yeni ştammlarının yayılmasına səbəb olur.
Qeyd edək ki, Con Hopkins Universitetinin məlumatına görə, dünyada koronavirusa 240,6 milyondan çox yoluxma halı qeydə alınıb. Nəticədə, təxminən 4,9 milyon insan vəfat edib. Ümumilikdə, dünya üzrə 6,6 milyard doza peyvənd tədarük edilib.
Həmçinin oxuyun:
* Nazirlik tibb işçiləri və yaşı 50-dən yuxarı olanları 3-cü doza peyvəndlənməyə çağırıb
* Bakıda koronavirusa görə daha bir sinif distant təhsilə keçib
* Azərbaycanda əhalinin 5 milyondan çoxu vaksinasiyadan keçib
* Sərt qapanmalara getmədən Azərbaycanda yaşaya bilirik - ÜST rəsmisi
* Azərbaycanda əhali COVID-19 vaksinlərini məmnuniyyətlə qəbul edir - SN rəsmisi