RUSİYA

Rusiyalılar iş yerində rəhbərliyin paxıllığını çəkdiklərini etiraf etdilər

Rəyi soruşulanların çoxu paxıllıq hissinə əsasən yüksək məvacibin səbəb olduğunu bildiriblər.
Sputnik
BAKI, 18 oktyabr — Sputnik. Rusiyanın hər altıncı vətəndaşı öz rəsinə paxıllıq edir. Bu barədə RİA Novosti "Rabota.ru" internet portalının keçirdiyi sorğunun nəticəsinə əsasən məlumat yayıb.
Rəyi soruşulanların əksəriyyəti (78% qadınlar, 76% kişilər) nə iş yoldaşlarının, nə də rəhbərliyin paxıllığını çəkmədiklərini bildiriblər, amma ümumi sayın 16 faizi etiraf edib ki, öz rəisini gözü götürmür. Özü də bu qrup arasında qadınlara nisbətən kişilər üstünlük təşkil edib.
Bundan başqa, rusiyalıların 7 faizi iş yoldaşlarının paxıllığını çəkdiklərini etiraf ediblər. Bu qurpda isə mənfi emosiyalara sahib olan şəxslər arasında qadınlar daha çoxdur.
Rəyi soruşulanların çoxu (80%) paxıllıq hissinə əsasən yüksək məvacibin səbəb olduğunu bildiriblər. Bundan başqa, daha yaxşı əmək şəraiti (30%), daha rahat iş qrafiki (29%) və daha yüksək vəzifə (37%) insanları iş yoldaşlarına qarşı paxıllıq hissi keçirməyə sövq edib.
Ruslar, həmçinin məsafədən işləyən, müntəzəm olaraq mükafat alan və maraqlı layihələr üzərində çalışan iş yoldaşlarının da yerində olmaq istədiklərini etiraf ediblər.
Qeyd edək ki, bundan əvvəl "Rabota.ru" portalının keçirdiyi sorğunun nəticəsinə əsasən, rusiyalıların demək olar ki, yarısının (45%) karyera naminə öz rəislərini və iş yoldaşlarını aldatdığı üzə çıxmışdı. Sorğu onların daha çox işə gecikməklə bağlı yalan söylədiklərini də ortaya qoymuşdu.
Həmçinin oxuyun:
Sosial reytinq sistemi: xeyirli qaydalar, yoxsa “rəqəmsal diktatura”?
Rusiya restoranları robotları işə götürəcək