https://sputnik.az/20211017/rusiya-restoranlari-robotlari-ise-goturecek-434303494.html
Rusiya restoranları robotları işə götürəcək
Rusiya restoranları robotları işə götürəcək
Sputnik Azərbaycan
Şirkətdən bildirilib ki, bu tip robotlardan restoranlarla yanaşı, aeroportlarda və təhsil müəssisələrində də istifadə olunacaq. 17.10.2021, Sputnik Azərbaycan
2021-10-17T20:15+0400
2021-10-17T20:15+0400
2021-10-17T20:18+0400
rusiya
robot
restoran
covid-19
https://cdnn1.img.sputnik.az/img/07e5/06/08/427152996_0:160:3073:1888_1920x0_80_0_0_625d01a3e3b2dc04f8c3f2e50187b2d9.jpg
BAKI, 17 oktyabr — Sputnik. Rusiyanın Moskva, Sankt-Peterburq və Perm şəhərlərindəki restoranlar koronavirusa qarşı peyvənd olunmuş və ya yoluxub sağalmış insanların QR kodunu yoxlamaq üçün robotları işə götürəcək. Sputnik Azərbaycan bununla bağlı RİA Novosti-yə istinadla xəbər yayır.Xidmət robotları istehsal edən Rusiyanın "Promobot" şirkətindən verilən məlumata görə, artıq bu məqsədlə ilk robotlar təqdim olunub."Həmin robotları restoranlar giriş hissəsində dayanıb ora gələnlərlə ünsiyyət yarada bilərlər", - deyə məlumatda bildirilir.Əsas avadanlıq dəstinə əlavə olaraq, robotlar QR kodlarını oxumaq üçün skaner və pasport skaneri ilə təchiz olunub. Bundan başqa, robotlar Rusiyanın dövlət xidmətlərini birləşdirən "Qosusluq" servisinə də inteqrasiya ediliblər. Bunun sayəsində həm QR kodun, həm də pasport və ya digər sənədin həqiqiliyini yoxlamaq mümkün olacaq.Şirkətdən bildirilib ki, bu tip robotlardan restoranlarla yanaşı, aeroportlarda və təhsil müəssisələrində də istifadə olunacaq.Qeyd edək ki, Rusiyada son günlər COVID-19-a yoluxma və ölüm hallarının sayı yenidən artıb. Bu isə bir sıra müəssisələrdə məhdudiyyətlərin tətbiqini zəruri hala gətirib. Belə məhdudiyyətlərdən biri də kafe, restoran və digər qapalı yerlərə yalnız peyvənd olunmuş və ya xəstəliyə yoluxub sağalmış şəxslərin buraxılmasından ibarətdir ki, bu da QR kod vasitəsilə həyata keçirilir.Həmçinin oxuyun:Rusiyanın döyüş robotları insanların həyatını yaxşılaşdırırPompeydə freskanın bərpasında robotdan istifadə ediləcək
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/06/08/427152996_170:0:2901:2048_1920x0_80_0_0_1cac545e51342b89d6145082236ecc3d.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
robot, restoran, covid-19
robot, restoran, covid-19
Rusiya restoranları robotları işə götürəcək
20:15 17.10.2021 (Yenilənib: 20:18 17.10.2021) Şirkətdən bildirilib ki, bu tip robotlardan restoranlarla yanaşı, aeroportlarda və təhsil müəssisələrində də istifadə olunacaq.
BAKI, 17 oktyabr — Sputnik. Rusiyanın Moskva, Sankt-Peterburq və Perm şəhərlərindəki restoranlar koronavirusa qarşı peyvənd olunmuş və ya yoluxub sağalmış insanların QR kodunu yoxlamaq üçün robotları işə götürəcək. Sputnik Azərbaycan bununla bağlı
RİA Novosti-yə istinadla xəbər yayır.
Xidmət robotları istehsal edən Rusiyanın "Promobot" şirkətindən verilən məlumata görə, artıq bu məqsədlə ilk robotlar təqdim olunub.
"Həmin robotları restoranlar giriş hissəsində dayanıb ora gələnlərlə ünsiyyət yarada bilərlər", - deyə məlumatda bildirilir.
Əsas avadanlıq dəstinə əlavə olaraq, robotlar QR kodlarını oxumaq üçün skaner və pasport skaneri ilə təchiz olunub. Bundan başqa, robotlar Rusiyanın dövlət xidmətlərini birləşdirən "Qosusluq" servisinə də inteqrasiya ediliblər. Bunun sayəsində həm QR kodun, həm də pasport və ya digər sənədin həqiqiliyini yoxlamaq mümkün olacaq.
Şirkətdən bildirilib ki, bu tip robotlardan restoranlarla yanaşı, aeroportlarda və təhsil müəssisələrində də istifadə olunacaq.
Qeyd edək ki, Rusiyada son günlər COVID-19-a yoluxma və ölüm hallarının sayı yenidən artıb. Bu isə bir sıra müəssisələrdə məhdudiyyətlərin tətbiqini zəruri hala gətirib. Belə məhdudiyyətlərdən biri də kafe, restoran və digər qapalı yerlərə yalnız peyvənd olunmuş və ya xəstəliyə yoluxub sağalmış şəxslərin buraxılmasından ibarətdir ki, bu da QR kod vasitəsilə həyata keçirilir.
Rusiyanın
döyüş robotları insanların həyatını yaxşılaşdırır
Pompeydə freskanın bərpasında
robotdan istifadə ediləcək