BAKI, 15 oktyabr - Sputnik. Ötən gün axşam saatlarında snayper silahından açılan atəş nəticəsində şəhid olan əsgər Əfqan Bəhman oğlu Həmzəyev doğulduğu kəndin qəbristanlığında dəfn edilib.
Sputnik Azərbaycan bildirir ki, dəfn mərasimində Goranboy rayon İcra hakimiyyətin başçısı, hüquq mühafizə orqanlarının rəhbərləri, rayon ictimayyətin nümayəndələri, kənd sakinləri iştirak ediblər.
2002-ci ildə Goranboy rayonun Borsunlu kəndində doğulan Əfqan Bəhman oğlu Həmzəyev bir il öncə hərbi xidmətə çağırılmışdı. O, bir bacının yeganə qardaşı, ailənin böyük övladı idi. Əmisi Fəxrəddin Həmzəyev Sputnik Azərbaycan-ın müxbiri ilə söhbətində qardaşı oğlunun şəhid olmazdan bir gün öncə atası ilə danışdığını deyib:
“Bir il 14 gün idi xidmət edirdi qardaşımın balası Əfqan. Çox intizamlı, qorxmaz, igid oğlan idi. İki gün öncə atası ilə danışıb. Çox yüksək əhval-ruhiyyədə xidmətini davam etdirdiyini deyib. Əfqanın xətrini Borsunlu kəndində hamı çox istəyirdi. Yaşının az olmasına baxmayaraq dünyagörüşü çox idi. Sanki 30-40 yaşlı adam kimi davranırdı. Ən əsası qorxmaz, mərd oğlan idi. Vətən sağ olsun, nə deyə bilərik... Vətən yolunda canından keçib"
--------------------
14.10.2021
23:50
Erməni silahlı dəstələri arasında atışma olub, ölən və yaralananlar var.
Müdafiə Nazirliyindən bildiriblər ki, Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qanunsuz erməni silahlı dəstələri arasında atışma baş verib.
"Əvvəlcə qarşı tərəfin bir neçə sərxoş silahlısı digər yoldaşları ilə əlbəyaxa çıxıb. Sonra onların olduqları yerdə partlayış müşahidə edilib.
İlkin ehtimala görə, atışma nəticəsində qarşı tərəfdən ölən və yaralananlar var.
Bildiririk ki, baş vermiş hadisəyə Azərbaycan Ordusunun heç bir aidiyyəti yoxdur", - məlumatda deyilir.
20:46
Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qanunsuz erməni silahlı dəstələri növbəti dəfə terror aktı törədib.
Oktyabrın 14-də saat 18:15 radələrində qanunsuz erməni silahlı dəstələri tərəfindən açılan snayper atəşi nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçusu əsgər Həmzəyev Əfqan Bəhram oğlu şəhid olub. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Məlumatda deyilir ki, Nazirliyin rəhbərliyi şəhidin yaxınlarına dərin hüznlə başsağlığı verir və səbr diləyir!
"Bu terror təxribat əməlinin araşdırılması üçün Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzinə sorğu göndərilib.
Minskdə Rusiya Federasiyasının vasitəçiliyi ilə Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin görüşünün keçirildiyi vaxtda Ermənistanın dəstəklədiyi qanunsuz erməni hərbi dəstələri tərəfindən bu terror əməlinin törədilməsi məqsədyönlü təxribatdır.
Bu hal eyni zamanda Ermənistanın regionda vəziyyəti qəsdən gərginləşdirmək, 10 noyabr 2020-ci ildə imzalanmış üçtərəfli bəyanatın müddəalarının icrasına əngəl yaratmaq və Rusiya sülhməramlılarının fəaliyyətinə kölgə salmaq siyasətinin növbəti sübutudur.
Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq bu terror əməlini törətmiş qanunsuz erməni silahlı dəstələrinin neytrallaşdırılması və qanun qarşısında cavab vermələrini təmin etmək üçün qəti addımlar bundan sonra da davam etdiriləcək".
APA-nın məlumatına görə, qanunsuz erməni silahlı dəstələri tərəfindən açılan snayper atəşi nəticəsində şəhid olan Azərbaycan Ordusunun hərbi qulluqçusu Goranboy rayonu, Borsunlu kəndindəndir.
Şəhid olan əsgər - 2002-ci il təvəllüdlü Həmzəyev Əfqan Bəhram oğlunun sabah dəfn ediləcəyi gözlənilir.
Allah rəhmət eləsin!
Həmçinin oxuyun: