BAKI, 15 oktyabr — Sputnik. Alman alimlərinin araşdırması göstərib ki, SARS-CoV-2 koronavirusu gözlərə daxil olur, fotoreseptorları və qanqlion göz qişası hüceyrələrini yoluxdurur. Müəlliflər qeyd edirlər ki, bu, post COVID-19 sindromlu bəzi xəstələrin göz problemlərindən şikayət etmələrinin səbəblərindən biri ola bilər. Araşdırmanın nəticəsi "bioRxiv.org."də dərc olunub.
Tədqiqatçılar yetkin göz qişası orqanoidlərini SARS-CoV-2 təsirinə məruz qoyub, sonra zaman keçdikcə virusun aktivliyini və onun replikasiyasının sürətini müşahidə ediblər. Nəticələr göstərib ki, koronavirus, həqiqətən də, göz qişası hüceyrələrini yoluxdurur - bunu PCR testi də təsdiqləyib, immunoflüoressensiya isə göz qişasının orqanoidlərində SARS-CoV-2 nukleokapsid zülallarının olduğunu aşkara çıxarıb.
Ətraflı təhlil fotoreseptorlarda və qanqlioz göz qişası hüceyrələrində virus büküşləri aşkar edib ki, bu da özlüyündə, müəlliflərin fikrincə, virusun toplaşıb çoxaldığı yerlərdir. Bundan əlavə, SARS-CoV-2-nin interleykin sitokini 33 (IL33) də daxil olmaqla bir neçə iltihabi genin ekspressiyasını artırdığı aşkar edilib ki, bu da göz qişasının iltihabı və fotoreseptorların deqradasiyası ilə əlaqəlidir.
Müəlliflər həmçinin müəyyən ediblər ki, ACE2 reseptorunu (virusun hüceyrələrə daxil olduğu reseptor) blok edən anticisimlər göz qişası hüceyrələrinin infeksiyasını azaldır. Bu o deməkdir ki, gözdə bu fəsadın müalicəsi və profilaktikası üçün heç bir xüsusi vasitələrə ehtiyac yoxdur, ACE2 reseptorunun bloklanmasına yönəlmiş antivirus dərman və ya peyvəndlər kifayət edir.
Tədqiqatçılar infeksiyaya yoluxdurulmuş göz qişası toxumalarına ACE2-yə qarşı antitellər daxil etdikdən sonra hüceyrələrdə SARS-CoV-2 nukleokapsid zülallarının miqdarı əhəmiyyətli dərəcədə azalıb.
Müəlliflər tədqiqatın nəticələrinə əsaslanaraq belə bir nəticəyə gəliblər ki, gözlərdə SARS-CoV-2 infeksiyasının və göz qişası hüceyrələrində virusun replikasiyası ACE2 reseptorlarından asılıdır, bu reseptorlara qarşı dərmanlar isə göz qişası infeksiyası əlamətləri olan COVID-19 xəstələrinin müalicəsində effektiv nəticə verə bilər.
Eləcə də oxuyun:
* İcbari tibbi sığorta üzrə məlumat bazası yaradılacaq
* "Antibiotiklərin reseptsiz satışının qarşısını almaq üçün ciddi tədbirlər görüləcək"
* Azərbaycanda elektron resept sistemi tətbiq ediləcək
* İcbari tibbi sığorta ilə əhatə olunmayan tibbi xidmətlərin tarifləri təsdiq ediləcək