BAKI, 14 oktyabr — Sputnik. Təhsil Nazirliyinin tabeliyindəki S.C.Pişəvəri adına Respublika Humanitar Fənlər Gimnaziyasının bir neçə şagird və müəlliminin COVID-19 testi pozitiv çıxıb. Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə Təhsil Nazirliyinin İctimaiyyətlə Əlaqələr şöbəsinin müdiri Cəsarət Valehov bildirib.
Onun sözlərinə görə, Nərimanov Rayon Gigiyena və Epidemiologiya Mərkəzinin rəyi əsasında Nazirlər Kabinetinin müvafiq qərarına əsasən təhsilin distant formada davam etdirilməsinə qərar verilib. Belə ki, gimnaziyada tədris bu gündən etibarən 14 gün müddətinə məsafədən təşkil ediləcək.
Həmçinin oxuyun: