BAKI, 13 oktyabr - Sputnik. Azərbaycan Gömrük Komitəsi Xankəndiyə qanunsuz yollarla yük apararkən Gorus-Qafan yolunda saxlanılan iranlı sürücülərin bu gün sərbəst buraxıldıqları barədə məlumatı təkzib edib.
----------
19:44
Azərbaycan bir neçə həftə əvvəl öz ərazisində, Qarabağda saxladığı iki iranlı sürücünü sərbəst buraxıb.
Sputnik Azərbaycan bildirir ki, bu barədə məlumatı Mehr agentliyi yayıb.
Agentlik vurğulayır ki, dünən iki ölkənin xarici işlər nazirinin telefon danışığından sonra bu gün Bakı sürücüləri sərbəst buraxıb.
Çərşənbə axşamı, oktyabrın 12-də baş tutan telefon danışığı zamanı İran XİN rəhbəri Ceyhun Bayramova söyləyib ki, düşmənlərə Tehran və Bakı arasındakı dost münasibətləri korlamağa imkan vermək olmaz.
Qeyd edək ki, bu il sentyabrın 15-də Gorus-Qafan avtomobil yolunda İrandan gələn iki yük maşınının sürücüləri Azərbaycan polisləri tərəfindən saxlanılıb.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin rəisi, Ehsan Zahidov bildirib ki, Ermənistandan qanunsuz yollarla Azərbaycan ərazisinə keçən avtomobillər Daxili İşlər Nazirliyinin, Dövlət Gömrük Komitəsinin və Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən müəyyən edilərək saxlanılıb.