CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Parlamentdə kitabları ucuzlaşdıracaq təkliflər verildi

Millət vəkili bildirir ki, kitabın qiymətinin yüksək olmasının əsas səbəblərindən biri ƏDV-nin çox olmasıdır.
Sputnik
BAKI, 12 oktyabr — Sputnik. Millət vəkili Fazil Mustafa hökuməti kitab satışına ƏDV-nin ləğvi təklifinə baxmağa çağırıb. Sputnik Azərbaycan-ın xəbərinə görə, deputat Fazil Mustafa bunu Milli Məclisin bu gün keçirilən iclasında deyib. O bildirib ki, ölkədə kitaba marağın artırılması çox vacibdir.
Deputat bu yaxınlarda Bakıda baş tutan iki kitab sərgisinə diqqət çəkib: "Kitabın qiymətinin yüksək olmasının əsas səbəblərindən biri ƏDV-nin çox olmasıdır. Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili bununla bağlı təkliflərini hazırlayıb, hökumətə təqdim edib. Ümumiyyətlə, üzərində qadağa olan kitablar var ki, bu da aradan qaldırılmalıdır. Onsuz da bir çox kitabın elektron versiyası var”.
Eləcə də oxuyun:
* Azərbaycanda erməni miflərini dağıdan kitab nəşr olunub
* Nə qədər oxuyuruq?
* Feminizm qorxusu və ya altı kitabı yeddi manata necə almaq olar?