YAZARLAR

Küsdüm. NATO bloku dünyanın ən güclü hərbi dövlətlərindən birini itirə bilər

Angela Merkelin Almaniya kansleri vəzifəsindən getməsi Fransa prezidentinə Avropa Birliyində bir nömrəli olmaq, eyni zamanda hərbi inteqrasiya ideyasını təbliğ etmək şansı verir.
Sputnik
BAKI, 7 oktyabr — Sputnik. Vaşinqtonla münasibətlərin çılğın müzakirələrindən sonra Paris NATO-dan çıxmaq fikrinə düşüb. Cozef Baydenin zəngi vəziyyəti bir qədər düzəldib. Ancaq Emmanuel Makron Angela Merkeldən sonra Avropa Birliyinin lideri olmaq istəyir və buna görə də strateji müstəqillik mövzusunu fəal şəkildə inkişaf etdirir. Fransızlar öz maraqlarına hörmət olunmasında qətiyyətlidirlər, ancaq Avropadakı digər müttəfiqlər buna mane ola bilərlər.

Çıxmaq vaxtıdır

Fransa "xəyallara qapılmağı dayandırmalı" və NATO-dan çıxmalıdır. Eyni zamanda, Vaşinqtonun Tuluzada yerləşdirməyi planlaşdırdığı Şimali Atlantika Alyansının kosmik təhlükəsizlik sahəsində "qabaqcıl təcrübə" mərkəzinin yaradılmasını da unutmalıdır. Milli Məclisin deputatı, solçu "Sarsılmaz Fransa" fraksiyasının rəhbəri Jan-Lük Melanşon bundan əmindir. Onu "Milli birliyin" lideri Marin Le Pen də dəstəkləyir. Amerikaya qarşı düşmənçilik siyasi rəqibləri birləşdirib.
DÜNYA XƏBƏRLƏRİ
Makrondan daha bir "nailiyyət": Əlcəzair hava məkanını Fransa HHQ üçün bağladı
Onların sərt açıqlamaları başadüşüləndir: Fransa ilə ABŞ arasında diplomatik qalmaqal qızğın fazadadır. Avstraliyanın Fransanın "Naval Group" şirkəti ilə 12 ədəd sualtı qayığın inşası üçün bağlanmış iri müqaviləni pozub, ABŞ-ın nüvə sualtı qayıqlarına üstünlük verməsindən sonra beşinci respublika inciyib. Üstəlik, Avstraliya, ABŞ və Böyük Britaniya müdafiə və təhlükəsizlik sahəsində yeni AUKUS ittifaqının yaradıldığını elan ediblər - Fransa nəinki dəvət olunmayıb, ona heç xəbərdarlıq da edilməyib. Ancaq Paris Sakit okeanda özünü Vaşinqtona bərabər vacib oyunçu hesab edirdi.
56 milyard avroluq müqavilənin pozulması Fransa üçün ağır zərbə oldu. Ölkə əmindir ki, ABŞ-ın "arxadan vurduğu zərbə" və "sillə" Parislə anqlosakson müttəfiqləri arasındakı əlaqələri şübhə altına alır və bu, "dəhşətli nəticələrə səbəb olacaq".
Fransa Avstraliyadan və ABŞ-dan səfirlərini geri çağırıb. Müdafiə naziri Florans Parli deyib ki, artıq uzun müddətdir ki, Vaşinqtonu etibarlı tərəfdaş hesab etmirlər. Emmanuel Makron isə Çesapik dəniz döyüşünün 240-cı ildönümünün amerikalılarla birgə qeyd olunmasını ləğv edib və ABŞ-ın dekabrda keçirəcəyi demokratiyalar forumunda iştirak etməkdən də boyun qaçırıb. Prezident baş verənləri şəxsi inciklik kimi qəbul etdiyini gizlətmir, buna görə də NATO-da qalmağın mənasının olub-olmadığını müzakirə etmək niyyətindədir.
Fransa tarixində buna bənzər nümunə olub. 1966-cı ildə amerikalılardan daha çox hörmət tələb edən Şarl de Qoll ölkəni alyansın hərbi strukturlarından çıxarıb, ancaq siyasi strukturlarında saxlayıb. Fransa oraya yalnız 2009-cu ildə, Nikolya Sarkozinin dövründə qayıdıb. Yeri gəlmişkən, o zaman sosialistlər buna qarşı çıxırdılar: onlar Milli Məclisə nümayəndələr göndərdilər və NATO-ya üzvlüyün "ABŞ-dan asılılığa gətirib çıxaracağı" barədə xəbərdarlıq ediblər.

ABŞ-a qarşı vahid cəbhə

Qalmaqalda Avropa Birliyi Fransanın tərəfini tutub. Brüssel açıq şəkildə bildirib ki, Parislə müqavilənin pozulması bütün bloka meydan oxumaqdır. Baydenin, sələfinin münasibətləri ciddi şəkildə korladığı avropalı müttəfiqlərlə barışmaq səyləri puç oldu.
Ancaq sualtı qayıqlarla bağlı əhvalatdan sonra məlum oldu ki, Donald Tramp avropalılar üçün daha məqbul həmsöhbət imiş - hər halda o, niyyətini gizlətmirdi. İndi isə Avropa Şurasının rəhbəri Şarl Mişel qeyd edir ki, Vaşinqton kifayət qədər etibarlı tərəfdaş deyil, ona güvənməyərək öz müdafiə potensialını gücləndirmək lazımdır.
SİYASƏT
Fransa Böyük Britaniya ilə münasibətlərini yenidən nəzərdən keçirəcək
Brüssel çoxdan suveren silahlı qüvvələr yaratmaq arzusunda idi. Ancaq məsələ planlardan kənara çıxmır: Polşa, İngiltərə və Baltikyanı ölkələr adətən qarşı çıxırlar. ABŞ özü də bu fikri aydın səbəblərə görə dəstəkləmir: bu, Amerikanın Avropadakı təsirini zəiflədir.
İngiltərənin "The Telegraph" qəzeti hesab edir ki, indi irəliləmək üçün bəlkə də ən yaxşı vaxt ola bilər, Makron isə liderlik üçün ən yaxşı namizəddir. Angela Merkelin Almaniya kansleri vəzifəsindən getməsi Fransa prezidentinə Avropa Birliyində bir nömrəli olmaq, eyni zamanda hərbi inteqrasiya ideyasını təbliğ etmək şansı verir.
Yanvarın 1-dən Fransa Avropa Birliyinə sədrlik edəcək. Gələn il müdafiə məsələləri üzrə sammit keçiriləcək və orada sürətli reaksiya qüvvələri barədə qərar veriləcək.

Seçki öncəsi hazırlıq

Bu arada artıq Fransanın özündə də prezidentlik kampaniyası başlayıb. Seçki yeddi aydan sonra keçiriləcək. Hələlik Makron, Melanşon və Le Pen, habelə jurnalist və politoloq Erik Zemmurun namizədliyi aşkardır. O, artıq teledebatlara qatılıb, lakin seçkidə iştirakını hələ təsdiqləməyib.
"Makronun xarici siyasətdəki addımları onun populyarlığını artırmayıb. Ancaq hələ də ictimai rəy sorğularında liderdir. Ölkədə daxili problemlər çoxdur: islahatların çoxu irəliləməyib. Və prezident xarici kozırlardan maksimum yararlanmağa çalışacaq", - deyə REA Avropa İnstitutunun aparıcı elmi işçisi Sergey Fyodorov izah edib.
Rusiya Beynəlxalq Əlaqələr Şurasının (RBƏŞ) baş direktoru Andrey Kortunov da onunla eyni fikirdədir: "Daxili işlərdə, demək olar ki, heç bir şey nəticə vermir. Bu problemləri xarici siyasət uğurları ilə kompensasiya etmək istərdim, nəhəng dövlət statusu fransız seçicisi üçün boş səs deyil".
Hazırda vəziyyət Paris üçün əlverişlidir. Britaniya çıxdıqdan sonra Fransa Avropa Birliyində yeganə nüvə dövləti və AB ölkələrindən BMT Təhlükəsizlik Şurasının yeganə üzvü olaraq qalır. Bu, fransız ambisiyalarını artırır. Makron təsadüfən deməyib ki, Avropa Birliyi üzrə tərəfdaşlarının müdafiəsini Fransanın nüvə arsenalının köməyi ilə təmin edə bilər", - deyə ekspert izah edib.
Eyni zamanda Kortunov əmindir ki, münasibətlərin gərginləşməsinə baxmayaraq, 50 il əvvəlki vəziyyət təkrarlanmayacaq və Fransa hələ də NATO-dan ayrılmayacaq. ABŞ dövlət katibi Entoni Blinken artıq Parisə uçub, Fransa səfiri Filipp Etyen isə Vaşinqtona gedib. Bu arada respublikada mənəvi ziyanlar da daxil olmaqla, dəymiş zərərin kompensasiyasını gözləyirlər.