CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Ermənistanın verdiyi mina xəritələrinin keyfiyyəti çox aşağıdır - Ceyhun Bayramov

Azərbaycanın Xarici işlər naziri Ermənistanın verdiyi mina xəritələrinin təxminən 25 faizinin faydalı olduğunu bildirib.
Sputnik
BAKI, 27 sentyabr — Sputnik. Ermənistanın verdiyi mina xəritələrinin keyfiyyəti çox aşağıdır. Sputnik Azərbaycan-ın xəbərinə görə, bunu xarici işlər naziri Ceyhun Bayramov İstanbulda Türk Şurası XİN başçılarının iclası çərçivəsində türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə birgə mətbuat konfransında deyib.
O bildirib ki, hazırda əsas məqsəd işğaldan azad edilən ərazilərin ən qısa zamanda bərpa edilməsi və 700 mindən artıq insanın ata-baba torpaqlarına qayıdışını təmin etməkdir.
Nazir ərazilərin minalarla çirkləndirilməsi məsələsinə diqqət çəkib, bildirib ki, məsələni qəlizləşdirən dağıntılardan əlavə, ərazilərin ağır formada minalarla çirkləndirilməsidir: "Bu barədə çox danışılıb. Bizə üç bölgənin mina xəritələri verilib. Həmin xəritələrdə 200 minə yaxın piyada və tank əleyhinə minaların olduğu bildirilib".
Nazir bildirib ki, həmin xəritələrin təxminən 25 faizi faydalı hesab oluna bilər: "Bu amillər aparılan abadlıq-quruculuq işlərinə təsir edir. Amma bununla belə nəhəng işlər aparılır”.
Eləcə də oxuyun:
Ombudsman Ermənistanın müharibə cinayətlərini ifşa edən bəyanat yayıb
Ermənistanı beynəlxalq öhdəliklərinə əməl etməyə çağırırıq - Azərbaycan XİN
Yüzlərlə həmvətənimiz BMT-nin önündə toplaşdı, "Qarabağ şikəstəsi" Nyu-Yorku bürüdü
Daşkəsəndə itkin düşən şəxslər minaya düşüb, meyitləri tapılıb