BAKI, 25 sentyabr - Sputnik. BMT Baş Assambleyasının 76-cı sessiyası çərçivəsində qarşı tərəfin təşəbbüsü əsasında Azərbaycan Respublikası xarici işlər naziri Ceyhun Bayramovun ATƏT-in Minsk Qrupunun həmsədrləri ABŞ-dan Endryu Şafer, Fransadan Stefan Viskonti və Rusiyadan İqor Xovayev ilə, habelə həmsədrlərin iştirakı ilə Ermənistan xarici işlər naziri Ararat Mirzoyan ilə görüşləri olub. Bu barədə Sputnik Azərbaycan Xarici İşlər Nazirliyinə istinadən xəbər verir.
Görüşlərdə bölgədə mövcud olan yeni reallıqları nəzərə alaraq, Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşdırılması prosesinin irəlilədilməsi məsələləri üzrə fikir mübadiləsi aparılıb.
Azərbaycanın münaqişə sonrası vəziyyətlə bağlı məlum mövqeyi qarşı tərəfin diqqətinə çatdırılıb.
RİA Novosti-nin məlumüaına görə keçirilmiş görüşlərlə bağlı ATƏT vasitəçiləri bəyanat yayıblar.
"Həmsədrlər 2020-ci ilin noyabrından bəri xarici işlər nazirlərinin baş tutan ilk görüşünü iki ölkənin bölgədə təhlükəsizliyin, sabitliyin və inkişafın təmin olunmasına yönəlmiş birbaşa dialoq vasitəsilə sülh prosesini bərpa etməkdə qətiyyətli olduqlarına bir işarə kimi alqışlayırlar”, - görüşlərlə bağlı vasitəçilərin ATƏT-in saytında yer alan bəyanatında deyilir.
Həmçinin oxuyun:
XİN rəhbəri Körfəz Ərəb Dövlətlərinin Əməkdaşlıq Şurasının Baş katibi ilə görüşüb
Ceyhun Bayramov Finlandiyanın xarici işlər naziri ilə görüşüb
Nuland Bayramovla görüşdən yazdı: Əfqanıstana görə Azərbaycana minnətdardırlar
Ceyhun Bayramov ATƏT sədri və Macarıstan XİN başçısı ilə görüşdə nədən danışıb?
Ceyhun Bayramov Avropa Şurasının baş katibi ilə görüşdü