BAKI, 18 sentyabr - Sputnik. Yerevan polisi hökumətin sentyabrın 21-də şəhərdə Ermənistanın müstəqilliyinin 30 illiyinin keçirilməsi planlarına qarşı çıxan aksiya iştirakçılarını saxlayıb.
Sputnik Azərbaycan bu barədə RİA Novosti-yə istinadən məlumat verir.
Ermənistanın Baş naziri Nikol Paşinyan bildirmişdi ki, "ölkədə bayram əhval-ruhiyyəsi olmasa da, müstəqilliyin ildönümünü lazımi şəkildə keçirmək lazımdır". O əlavə etmişdi ki, sentyabrın 21-də Respublika meydanında genişmiqyaslı, rəngarəng bayram tədbiri olacaq və bu ilk növbədə "Ermənistanın suverenliyi, təhlükəsizliyi, müstəqilliyi, eləcə də Qarabağ uğrunda ölənlərin xatirəsinə həsr ediləcək".
Qarabağda ölən erməni hərbçilərin qohumları isə bayram tədbirlərinin ləğvini tələb ediblər. Ölkədə cümə və şənbə günləri etiraz aksiyalarının keçiriləcəyi haqda çağırışlar səslənib.
Etirazçılar "Moskva" kinoteatrının qarşısında toplaşaraq Respublika meydanına getmək istəyiblər, ancaq polislər onların qarşısını kəsərək bir neçə nəfəri saxlayıblar.
Polisdən bildirilib ki, sentyabrın 20-21-də Respublika meydanına aparan bütün yollar bağlanacaq.
Eləcə də oxuyun:
Gorus-Qafan yolu yenidən gündəmdə: İran səfiri Bakıda daha bir rəsmi ilə görüşdü
Paşinyan və Rəisi Düşənbədə görüşdü – Gündəmdə yük daşımaları da var
Ermənistan irqi ayrı-seçkiliyə görə məhkəməyə veriləcək
Moskva Bakı və Yerevandan cavab gözləyir
Əl bizdən, ətək sizdən: Paşinyan KTMT-dən PUA istədi
Paşinyan Türkiyə ilə dialoqa hazır olduğunu bəyan edib