BAKI, 16 sentyabr — Sputnik. Yayın çox isti keçməsi o deməkdir ki, antisiklon siklonun qabağını kəsir. Siklon soyuq havadır, antisiklon isə isti cərəyandır.
Bunu ekoloq, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yanında ictimai şuranın üzvü Telman Zeynalov bu gün Sputnik Azərbaycan-ın multimedia mərkəzində "Facebook" vasitəsilə canlı çıxışı zamanı deyib. O bildirib ki, bu hava kütlələri idarə olunur.
T.Zeynalov deyir ki, bu yay da antisiklon siklonun qabağını kəsdi: "Məətəl qalıram ki, nə üçün siklon antisiklonun qabağını iki ay 10 gün kəsir. Bunun səbəbi Amerikanın hazırladığı silahdır. Onlar səmaya o qədər enerji göndərirlər ki, orada plazmoidlər yaratsınlar".
O deyir ki, plazmoidlərin də sahəsi kilometrlərlə uzanır: "Atmosferə peyklər yollamışıq. Bununla istənilən yerdə meşə də yandırmaq olar, quraqlıq da yaratmaq olar. Lakin biz bunu öyrənmək istəmirik".
Ekspert deyir ki, təmiz, buludsuz hava temperaturu isidir, qızdırır: "Hava çox isindikcə deyirlər ki, insanların ölümü həddindən artıq artır. Bu elə deyil. Qışda insan ölümü yaydakından 10 dəfə çox olur".
Eləcə də oxuyun:
Xəzər quruyacaq? Ekoloq şok iddiaya aydınlıq gətirdi
Azərbaycanda su qıtlığı məsələsi bir kommersiya oyunudur - Ekoloq
Ekspert Azərbaycanda torpaqların şoranlaşmasının səbəblərini izah edir