CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Fors-major hallarda sərhəd və gömrük orqanlarının fəaliyyəti qaydaları müəyyən olunub

Qaydalara əsasən, xəstə və ya sağlamlıq imkanları məhdud olan şəxslərin, hamilə qadınların, ölmüş şəxslərin tabutdakı meyitlərinin və ya urnadakı küllərinin dövlət sərhədindən keçirilməsi növbədənkənar qaydada təmin edilir.
Sputnik
BAKI, 10 sentyabr — Sputnik. Fors-major və digər təxirəsalınmaz hallarda sərhəd mühafizə və gömrük orqanlarının qarşılıqlı münasibətləri müəyyənləşib. APA-nın məlumatına görə, bu, Nazirlər Kabinetinn təsdiqlədiyi "Azərbaycan Respublikasının dövlət sərhədindən buraxılış məntəqələrində işin təşkili və əlaqələndirilməsi Qaydaları"nda əksini tapıb.
Qaydalara əsasən, qəza və ya digər qarşısıalınmaz qüvvənin təsiri nəticəsində baş vermiş hadisə ilə əlaqədar sərhəd mühafizə və gömrük orqanları qarşılıqlı surətdə məlumatlandırma işini həyata keçirirlər. Hadisənin nəticələrinin aradan qaldırılması üzrə sərhəd mühafizə və gömrük orqanları tərəfindən aşağıdakı birgə tədbirlər həyata keçirilir:
- ziyan dəymiş şəxslərin, malların və nəqliyyat vasitələrinin mühafizəsinin təşkil edilməsi;
- hadisə yerinə gələn xilasedici, yanğınsöndürən və digər xüsusi texnika və şəxslərin maneəsiz DSBM-ə daxil olmaları üçün şərait yaradılması.
- Müharibə, təbii fəlakətlər və digər fövqəladə hallar, habelə epidemiyalar, epizootiyalar zamanı sərhəd mühafizə və gömrük orqanlarının fəaliyyəti Azərbaycan Respublikasının bu sahədə qüvvədə olan qanunvericiliyi ilə tənzimlənir.
- Xəstə və ya sağlamlıq imkanları məhdud olan şəxslərin, hamilə qadınların, ölmüş şəxslərin tabutdakı meyitlərinin və ya urnadakı küllərinin dövlət sərhədindən keçirilməsi sərhəd mühafizə və gömrük orqanları tərəfindən qarşılıqlı surətdə əlaqələndirilməklə, növbədənkənar qaydada təmin edilir.
Həmçinin oxuyun:
Rusiya sərhəd qapılarını Azərbaycan almasının üzünə açıb