BAKI, 7 sentyabr — Sputnik. Məktəbəhazırlıq qruplarında məşğələlər oktyabrın 1-dən başlayacaq. Sputnik Azərbaycan-ın məlumatına görə, bunu təhsil naziri Emin Əmrullayev yeni tədris ilinin təşkili ilə bağlı keçirilən brifinqdə deyib. Nazir bildirib ki, təhsilin digər pillələrinin başlama vaxtı ilə bağlı qərar məktəbəhazırlıq qruplarına aid edilməyib.
Emin Əmrullayev həmçinin universitetlərdə tələbələrin COVID pasportlarının yoxlanılması ilə bağlı monitorinqlərin aparılacağını bildirib.
O qeyd edib ki, universitetlərdə bufet və idman zalları mərhələli şəkildə açılacaq. Onun sözlərinə görə, bu, qaydalarda öz əksini tapacaq: "Tələbə sayı daha az olan müəssisələrdə bu məsələlərə baxılacaq. Beləliklə, bufet və idman zallarının mərhələli şəkildə açılacağını düşünürük".
Həmçinin oxuyun:
* Böyük auditoriyalarda mühazirələrin əleyhinəyik - Təhsil naziri rektorlarla danışacaq