"Virtual məktəb" və teledərslər olacaqmı? Rəsmi açıqlama

© AP Photo / Thanassis StavrakisДистанционное образование, фото из архива
Дистанционное образование, фото из архива - Sputnik Azərbaycan, 1920, 07.09.2021
Abunə olmaq
Təhsil naziri deyib ki, hər hansı yoluxma halları artarsa, virtual dərslərə ehtiyac olarsa, onda bu dərslər keçiləcək.
BAKI, 7 sentyabr — Sputnik. Təhsil naziri Emin Əmrullayev 2021-2022-ci tədris ilində "Virtual məktəb" və teledərslər layihəsinin davam etdirilib-etdirilməyəcəyinə aydınlıq gətirib. Sputnik Azərbaycan-ın məlumatına görə, bu gün keçirilən brifinqdə sualları cavablandıran nazir bildirib ki, teledərslər bu tədris ili də davam etdiriləcək.
Nazir bunu yoluxma halları olarsa, bəzi şagirdlərin məktəbə gələ bilməyəcəyi, dərsləri teledərslərlə izləməsinin mümkün olacağı ilə izah edib:
"Teledərslər bizim pandemiya dövründə ən yaxşı lahiyələrimizdəndir. Bizim 10 mindən çox ən yaxşı müəllimlərimizlə teledərslər çəkildi. Ona görə də teledərslər yayımlanacaq ki, yoluxma zamanı dərsə gələ bilməyən şagirdlər televiziya vasitəsilə dərsləri izləyə bilsinlər. Virtual məktəbə gəldikdə isə ümid edirik ki, buna ehtiyac olmayacaq. Amma "Virtual məktəb" platformamız mövcuddur. Hər hansı yoluxma halları artarsa, virtual dərslərə ehtiyac olarsa, keçiriləcək".
Həmçinin oxuyun:
* Təhsil naziri məktəblərdə əyani dərslərin başlayacağı tarixi açıqladı
* Böyük auditoriyalarda mühazirələrin əleyhinəyik - Təhsil naziri rektorlarla danışacaq
Nazir kimlərin məktəbə buraxılmayacağını açıqladı
Şagirdlərin məktəbə hansı forma geyinəcəyinə nazir aydınlıq gətirdi
Xəbər lenti
0