İDMAN

Tokio-2020: Saleh özünün 3-cü, Azərbaycan millisinin 12-ci qızıl medalını qazanıb

Saleh 100 m məsafəyə batterflyay üsulu ilə üzməkdə fərqlənib. O, 57,81 saniyə göstərici ilə birinci yeri tutub.
Sputnik
BAKI, 3 sentyabr - Sputnik. Azərbaycan millisi Tokio-2020 Yay Paralimpiya Oyunlarında növbəti medalını qazanıb.
Raman Saleh üzgüçülük yarışlarında özünün üçüncü mükafatını əldə edib.
Saleh 100 m məsafəyə batterflyay üsulu ilə üzməkdə fərqlənib. O, 57,81 saniyə göstərici ilə birinci yeri tutub. Bunadək brass və sərbəst üsulla 100 m üzməkdə çempion adını qazanan Saleh aktivinə 3-cü qızıl medalı yazdırıb.
Bununla da Azərbaycan millisinin Tokio-2020-dəki medal sayı 17-yə çatıb. Bunlardan 12-i qızıl, 1-i gümüş, 4-ü bürüncdür.
Həmçinin oxuyun:
* Prezident İlham Əliyev Paralimpiya Oyunlarında qızıl medal qazanan idmançımızı təbrik edib
* Azərbaycan paralimpiyaçıları Tokioda 11-ci qızıl medalı qazanıblar
Azərbaycan Tokio Paralimpiya Oyunlarında onuncu qızıl medalını qazanıb
İlham Əliyev və Mehriban Əliyeva növbəti medallar qazanan paralimpiyaçıları təbrik etdilər