19:53 27 Sentyabr 2021
Canlı yayım
  • USD1.7000
  • EUR1.9932
  • RUB0.0234
XƏBƏRLƏR
Qısa URL
37 0 0

Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva “Tokio-2020” Yay Paralimpiya Oyunlarında ölkəmizə növbəti medalları qazandıran idmançılarımızı təbrik ediblər.

BAKI, 31 avqust — Sputnik. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Tokio-2020” Yay Paralimpiya Oyunlarında ölkəmizə növbəti medalları qazandıran idmançılarımızı təbrik edib.

Sputnik Azərbaycan xəbər verir ki, dövlət başçısı bununla bağlı Twitterdəki hesabında paylaşım edib.

Paylaşımda deyilir:

“İkinci dəfə qızıl medalı ilə bizi sevindirən Raman Salehi, gümüş medal qazanmış Lamiyə Vəliyevanı və bürünc medal mükafatçısı Səid Nəcəfzadəni ürəkdən təbrik edirəm!”.

--------

18:20

Mehriban Əliyeva növbəti medallar qazanan Azərbaycan paralimpiyaçılarını təbrik edib

 Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva "Tokio-2020" Yay Paralimpiya Oyunlarında növbəti medallar qazanan idmançılarımızı təbrik edib.

Sputnik Azərbaycan xəbər verir ki, bununla bağlı Mehriban Əliyeva "Instagram" hesabında paylaşım edib.

"Bu günədək olan nəticələrə əsasən, Azərbaycanın 10 qızıl, 1 gümüş və 4 bürünc medalı var! Bugünkü qaliblərimizi – daha bir qızıl medal qazanmış Raman Salehi, gümüş medal sahibi Lamiyə Vəliyevanı və bürünc mükafatçı Səid Nəcəfzadəni səmimi-qəlbdən təbrik edirəm! Milli yığmamıza yeni qələbələr və nailiyyətlər arzulayıram!", - Mehriban Əliyeva bildirib.

Azərbaycan Tokio Paralimpiya Oyunlarında onuncu qızıl medalını qazanıb

Azərbaycan idmançıları Tokioda keçirilən Yay Paralimpiya Oyunlarında onlarla qızıl medal qazanıblar.

Növbəti qızıl medal 100 metr sərbəst üzgüçülükdə Paralimpiya çempionu olmuş azərbaycanlı üzgüçü Raman Salehin hesabındadır. Yarımfinal yarışında Saleh ikinci yeri tutaraq finala vəsiqə qazanıb. Həlledici üzgüçülükdə o, 52,69 saniyəyə məsafəni qət edərək qızıl medalın sahibi olub.

Qeyd edək ki, Saleh Tokio Oyunlarının iki qat Paralimpiya çempionu oldu. Daha öncə o, 100 metr məsafədə kürək üstü üzmədə qızıl medal qazanıb.

Beləliklə, Tokioda keçirilən oyunlarda Azərbaycan paralimpiyaçılarının qazandıqları medalların ümumi sayı 14-ə çatıb və onlardan 10-u qızıl, 4-ü isə bürüncdür.

Tokio oyunlarında Azərbaycan milli yığmasının heyətində iştirak edən cüdoçular Hüseyn Rəhimli (81 kiloqram), Dursədəf Kərimova (70 kiloqramdan yuxarı), Vüqar Şirinli (60 kiloqram), Xanım Hüseynova (63 kiloqram), Sevda Vəliyeva (57 kiloqram) və Şahanə Hacıyeva (48 kiloqram), üzgüçü Raman Saleh (100 metr kürək üstü və sərbəst üzmə), habelə atletlər Həmid Heydərli (nizə atma, dünya rekordu 51.42 metr) və Elvin Astanov (kürə atma, dünya rekordu 8.77 metr) Paralimpiya çempionu olublar.

Həmçinin oxuyun:

* Azərbaycan Tokio Paralimpiya Oyunlarında onuncu qızıl medalını qazanıb

İki paralimpiya çempionunun anası: "Bilmədim yuxu görürəm, yerdəyəm, ya göydəyəm"

Əsas mövzular